Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentə yazırlar: Milli dövlətçiliyimiz, ölkəmizin ərazi bütövlüyü naminə mübarizədə hər zaman Sizin yanınızdayıq

Prezidentə yazırlar: Milli dövlətçiliyimiz, ölkəmizin ərazi bütövlüyü naminə mübarizədə hər zaman Sizin yanınızdayıq

Bakı, 18 iyul, AZƏRTAC

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Azərbaycanın yəhudi icmalarının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycanın yəhudi icmaları 2020-ci il iyulun 12-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qətiyyətlə pisləyirlər. Bu aktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi əngəldir. Belə təcavüzlər Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəni daha da kəskinləşdirir, beynəlxalq hüququ, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında 1994-cü ildə imzalanmış ikitərəfli sazişi pozur. Ermənistan tərəfindən bu hücum nəticəsində hərbi toqquşmalarda Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksəkvəzifəli hərbçilər, bir dinc sakin öldürülüb, yaralananlar var. Ermənistanın bütün hərəkətləri onun özünün də üzv olduğu beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi sənədlərə ziddir. Cənab Prezident, bu gün milliyyətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı Azərbaycan xalqı ilə və Sizinlə həmrəydir və Azərbaycanda məskunlaşmış bütün xalqlar buna görə böyük qürur duyurlar. Beynəlxalq birlik də Azərbaycanın bütün xalqlarının bu möhkəm birliyini və Sizin müdrik rəhbərliyinizlə bizim cəmiyyətdə yaranmış həmrəy fikri görməlidir. Azərbaycan yəhudiləri bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna müraciətlə ciddi təhqiqat aparılmasını tələb edirlər ki, Tovuz rayonunda indiki hərbi əməliyyatlar genişlənərək növbəti müharibəyə çevrilməsin, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə - bu provokasiyanı dayandırmağa, atəşkəsə, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində göstərildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına çağırsınlar. Biz, Azərbaycanın çoxminlik yəhudi icmaları bu provokasiyanı qətiyyətlə pisləyirik və Ermənistanın Azərbaycana qarşı törətdiyi provokasiyaya, elan edilməmiş yeni müharibə başlamağa görə cavab verməsini tələb edirik. Bu günlərdə Azərbaycanın bütün yəhudi əhalisi, habelə dünya yəhudiləri birliyi Sizin və Azərbaycan xalqının ətrafında sıx birləşiblər və Sizin ilk çağırışınızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəyə qoşulmağa həmişə hazırıq. Müdriklər deyiblər: “Xoşbəxt o kəsdir ki, öz evində xoşbəxtdir”. Azərbaycan bizim doğma evimizdir və yəhudilər bu münaqişənin ədalətli həlli uğrunda, Azərbaycanda sülh və xoşbəxtlik uğrunda mübarizəyə daim hazırdırlar”.

Məktubu Milli Məclisin deputatı Anatoli Rafailov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev və Azərbaycan Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

Sumqayıt şəhərinin sakini Şirin Şirəliyev yazır: “Hörmətli cənab Prezident, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınması zamanı ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Aldığımız son nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişinizlə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm”.

Qazax rayonundan Elvin Namazov: “Cənab Ali Baş Komandan, dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusu sülh ordusudur. Lazım gələndə düşmənə öz gücünü göstərir. Son günlərdə mənfur ermənilərin hücumlarının qarşısının sərt şəkildə alınması Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya bəyan etdi. Tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Əminik ki, Sizin rəhbərliyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bunun üçün bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz və Sizin kimi müdrik liderimiz var. Yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Bakı şəhərinin sakini Aydın Qasımov: “Hörmətli cənab Prezident, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs düşmən tərəfindən pozuldu, lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Cənab Prezident, Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanırıq. Bizim güclü ordumuz var. Biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq”.

Abşeron rayonundan Könül Əliyeva: “Hörmətli cənab Prezident, son günlər cəbhə bölgəsində ermənilərin törətdikləri təxribatlar həm də dünyaya onu bir daha sübut etdi ki, ölkəmiz güclüdür və güclü orduya malikdir. Milli Ordumuzla qürur duyuruq. Vətənimizi qorumağa, torpaqlarımız uğrunda şəhid olmağa hazırıq. Bu günlərdə xalqımızın bütün diqqəti cəbhə bölgəsindədir. Bu gün düşmənin qarşısında güclü ordumuz qəhrəmancasına dayanıb. Biz inanırıq ki, Sizin komandanlığınızla düşmənə layiqli cavab veriləcək. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə daim Sizin yanınızdayıq. Xalqımız Sizə inanır və güvənir. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Sizinlə fəxr edirəm”.

Cəbrayıl rayonunun sakini Rəna Məmmədova: “Hörmətli cənab Prezident, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdləri güclü ordumuz tərəfindən layiqincə cavablandırıldı, çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edildi. Möhtərəm cənab Ali Baş Komandan, bu gün hər birimiz inanırıq ki, işğal altında olan torpaqlarımızda Sizin rəhbərliyinizlə tezliklə üçrəngli bayrağımız dalğalanacaq”.

Bakı şəhərindən Aysel Heydərli: “Hörmətli cənab Prezident, son günlər erməni hərbçilərinin atəşgahı pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Vəzifələrini ləyaqətlə, şərəflə yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, bu təxribatına görə düşmənə Sizin komandanlığınızla layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”.

Füzuli rayonundan Turlan Quliyev: “Cənab Ali Baş Komandan, bu gün Azərbaycan Ordusu müasir tələblərə cavab verir və Silahlı Qüvvələrimiz Sizin rəhbərliyinizlə hərtərəfli qayğı və diqqətlə əhatə olunub. Baş verən hadisələrlə bağlı Sizin əmrinizlə cəbhəyə getməyə hər an hazıram”.

Lerik rayonundan Etibar Məmmədzadə: “Cənab Ali Baş Komandan, son günlər erməni xisləti və erməni xəyanəti özünü daha qabarıq şəkildə göstərməyə başlamışdır. Ermənistan hərbi birləşmələrinin təmas xəttində müntəzəm olaraq atəşkəsi pozması, iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində təxribatçı hərəkətləri və bu hərəkətlər nəticəsində ordumuzun şəhid verməsi hər birimizdə təəssüf hissi yaratmışdır. Lakin Sizin qətiyyətiniz sayəsində düşmən təxribatının qarşısının alınması və onun həmişəki kimi ağır itkilər verərək məğlubiyyətə məruz qalması ölkəmizin etibarlı müdafiəsinin təmin olunmasının göstəricisi olmaqla yanaşı, həm də tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına parlaq nümunədir. Cənab Prezident, Sizin Nazirlər Kabinetinin iclasında çıxışınızdan sonra əli silah tutan ölkə vətəndaşlarının könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək düşmənə qarşı döyüşlərdə iştirak etmək arzusunda olduqlarını bildirməsi qürurvericidir və hər birimizi fərəhləndirir. Bu gün əli silah tuta bilən bütün ölkə vətəndaşları Sizin əmrinizi gözləyir. Verilən ilk döyüş əmrində bütün ölkə gəncləri cəbhəyə getməyə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün müqəddəs döyüş əməliyyatlarında iştirak etməyə hazırdır. Allah Sizi və ölkəmizi qorusun! Amin!”.

Quba rayonundan Nəzakət Qasımova və Rəna Quşkari yazırlar: “Hörmətli cənab Ali Baş Komandan, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu. Lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Azərbaycan xalqı dövlət, xalq və Vətən naminə yenidən ayağa qalxdı. Cənab Prezidentimiz, xalqımız Sizə daim inanır, güvənir. Bizim ərazi bütövlüyümüzü hər zaman qoruya bilən güclü ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin qarantısınız. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!”.

Türkiyənin Qaziantep şəhərindən Ahmet Şenel: “Hörmətli cənab Prezident, Sizi Türkiyədən salamlayır və hər zaman dəyərli Azərbaycanımızın yanında olduğumu bildirirəm. Ermənistanın Azərbaycana qarşı heç bir hüquqi normalara sığmayan, şərəfsiz təxribatına qarşı mübarizənizi dəstəkləyir, canla-başla bu mübarizəyə qoşulmaq istədiyimi bildirirəm. Azərbaycanlı qardaşlarımın şəhadət zirvəsinə çatmasını yüksəliş adlandırıram. Var olsun Türk yurdu!”.

Bakı şəhərindən Samir Rəhimov: “Hörmətli cənab Prezident, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti zamanı Sizin dünya liderləri səviyyəsində, yüksək məntiqə əsaslanan çıxışınızı növbəti qələbəmiz hesab edirik. Sizin rəhbərliyinizlə respublikamızın iqtisadi, siyasi, hərbi gücünün inkişafı fonunda, çıxışınıza dözümsüzlük nümayiş etdirən düşmən ölkənin baş nazirinin replika atmaqla savadsız, uydurma, şou xarakteri daşıyan hərəkəti onun acizliyini bir daha nümayişkaranə şəkildə sübuta yetirdi. Sizin sayənizdə nüfuzlu beynəlxalq tədbirdə Paşinyanın gülünc vəziyyətə düşməsi və söz deməyə peşman olması, torpaqlarımızın işğaldan azad edilməsi yönündə aparılan işlər çərçivəsində növbəti qələbələrimizdən biridir. Cənab Prezident, beynəlxalq tədbirlərdə Sizin tarixi faktlara əsaslanan çıxışlarınızla hər dəfə Ermənistan rəhbərliyinə tarix dərslərinin verilməsi dünya ictimaiyyətinə erməni millətinin əsl simasını, işğalçı, yalançı, irqçi, terrorçu və terrorçulara dəstək verən millət olduğunu göstərir. Cənab Ali Baş Komandan, bütün bunlar Sizin rəhbərliyinizlə aparılan uğurlu xarici siyasətin tərkib hissəsi olaraq, torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə və ərazi bütövlüyümüzün bərpasına aparan yoldur”.

Tərtər rayonundan Şəhram Quliyev: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə aparılan uğurlu islahatlar, yürüdülən siyasət və kadr potensialının təkmilləşməsi sayəsində bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Son günlər cəbhənin Tovuz istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasının qarşısı alınarkən qüdrətli ordumuzun göstərdiyi şücaətlə düşmənin bir neçə hərbi qərargahının partladılması və eləcə də xeyli sayda canlı qüvvəsinin məhv edilməsi düşmənə öz yerini bir daha göstərdi. Cənab Prezident, Müdafiə Nazirliyinin rəhbərliyinin qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimində iştirak etməsi və onların tabutunu daşıması, Sizin həmin şəhid ailələrinə birbaşa telefon bağlantısı ilə başsağlığı verməyiniz bir daha onu göstərdi ki, dövlət daim vətəndaşının yanındadır, ona arxadır. Bununla da biz gənclərin Sizə olan sevgimiz daha da artdı”.

Bakının Səbail rayonundan Günay İmanova: “Hörmətli cənab Prezident, Azərbaycan əsgərlərinin qəhrəmanlığı bir daha sübut etdi ki, iftixar mənbəyinə çevrilən ordumuz həm də düşmən üçün qorxulu bir kabusdur. Ərazilərimizi işğal altında saxlayanlar da yaxşı bilir ki, Azərbaycan Ordusunun qarşısında duruş gətirmək iqtidarında deyillər. Cənab Ali Baş Komandan, döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirir, cəbhə xəttində həlak olmuş şəhidlərimizlə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu gün bütün Azərbaycan xalqı, dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən mən Sizinlə həmrəyik, əmrinizlə döyüşə atılmağa və canımız bahasına Qarabağı işğaldan azad etməyə hazırıq. Sizin bir kəlməniz yetərli oldu ki, minlərlə gənc orduya axın etsin. Bilirik ki, müzəffər ordumuz istənilən an düşmənə məğlubiyyət acısını daddırmağa, ərazi bütövlüyümüzü bərpa etməyə hazırdır. O gün uzaqda deyil”.

Şamaxı şəhərindən Elvin Rüstəmov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bir Şamaxı gənci kimi bu məktubu yazmağı özümə borc bilirəm. Ölkəmizin həm sosial, həm də iqtisadi inkişafı ilə yanaşı milli təhlükəsizlik məsələləri, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması daim Sizin həyata keçirdiyiniz çevik siyasətin mərkəzində olmuşdur. Bütün bu işlərin yerinə yetirilməsində möhkəm iradə, siyasi güc və xalq-iqtidar birliyinin mövcud olması ən vacib amillərdən biridir. Son günlərdə Tovuz rayonunun sərhəd ərazilərində baş verən erməni təxribatları Azərbaycan gənclərində həm kədər hissi oyatdı, həm də şücaətimizi artırdı. Azərbaycan Respublikasının ərazilərinin vahidliyi uğrunda öz canını, qanını düşmənlə mübarizədə ortaya qoyan, düşmənin məkrli əməlləri qarşısında qəhrəmancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandıraraq vətənpərvərlik ruhunu daha da gücləndirdi. Azərbaycanın ərazi bütövlüyünə əl uzadanlar bilməlidirlər ki, xalq və ordu Sizin rəhbərliyinizlə o əlləri birdəfəlik kəsib atacaq, torpaqlarımızı işğaldan azad edəcək. Cənab Prezident, mən və bütün Şamaxı gəncləri Sizin əmrinizi gözləyirik”.

Biləsuvar rayonundan Gülnar Əlizadə: “Hörmətli cənab Prezident, son günlər döyüş bölgələrindəki gərgin vəziyyət bir azərbaycanlı kimi məni də çox narahat edir. Sizin güclü siyasətiniz və hər zaman xalqın yanında olmağınız xalq və dövlət arasındakı qırılmaz bağlılığı bir daha sübut etdi. Ulu öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi müstəqil Azərbaycanın etibarlı əllərdə olmasını, Sizin sayənizdə daha da qüdrətli bir dövlətə çevrilməsini hər gün hiss edirik. Bütün bu nailiyyətlər və inkişaf bəzi nankor “beşinci kolon” ünsürlərini narahat edir. Bu səbəbdən də hər bir vasitə ilə dövlətdə qarşıdurma yaratmağa çalışırlar. Bir vətəndaş, bir müəllim kimi Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Ordumuzun qüdrəti sübut etdi ki, Vətənimizin bir qarış torpağı da mənfur erməni yağılarına verilməyəcək. Mən inanıram və tam əminəm ki, Sizin siyasi gücünüz və nüfuzunuz sayəsində çox yaxın zamanda işğal altında qalan Qarabağımız düşmən tapdağından azad olunacaq. Torpaq uğrunda ölən varsa, Vətəndir. Vətənimizin hər qarış torpağı üçün canımızdan keçməyə hazırıq”.

Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Qaradağ rayonu Ümid qəsəbəsi şöbəsinin sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili İlqar Quluyev: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bütün dünyanın qlobal problemlə rastlaşdığı dövrdə Sizin xalqımıza göstərdiyiniz dəstək və qayğı heç vaxt unudulmayacaq. Sizin tapşırıq və göstərişinizlə açılan xəstəxanalar, fabriklər hər şeydən əvvəl bizləri düşündüyünüzü göstərir. Bəzi müxaliflər mənfur ermənilərin Tovuz rayonuna hücumu zamanı antidövlət çıxışlar etməklə xalqı təxribata sürükləyirdilər. Xalqımız dövlətimizin siyasətini dəstəkləyir. Cənab Prezident, Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək İctimai Birliyinin Qaradağ rayonu Ümid Qəsəbəsi şöbəsinin üzvləri adından və şəxsən öz adımdan ölkə vətəndaşlarının rifahı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Biz Sizin əsgərlərinizik”.

Bakı şəhərindən Nurcan Şükürlü: “Hörmətli cənab Prezident, bildiyimiz kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan təmas xəttində baş verən erməni təxribatına ordumuz adekvat cavablar vermişdir. Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanır və güvənirik. Bizim güclü ordumuz var, biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq”.

Lerik rayonundan Orxan Abbaszadə: “Hörmətli cənab Prezident, son günlər cəbhə bölgəsində baş verən hadisələr şanlı Azərbaycan ordusunun gücünü bütün dünyaya göstərdi, uşaqdan böyüyədək hamıda böyük ruh yüksəkliyi yaratdı və qələbə əzmimizi bir az da yüksəltdi. Biz gənclər və bütün Azərbaycan xalqı həmişə inanmışıq, indi də inanırıq ki, mənfur ermənilər tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqları Sizin rəhbərliyinizlə və Ordumuzun gücü sayəsində yaxın gələcəkdə azad olunacaq. Lerik gəncləri olaraq hər zaman dövlətimizin yanındayıq və əlimizə silah alıb Vətənin müdafiəsinə qalxmağa hər zaman hazırıq. Yaşasın şanlı Azərbaycan Ordusu!”.

Gəncə şəhərindən Qabil Musazadə: “Hörmətli cənab Prezident, Sizin Vətən sevginiz dövlətə, dövlətçiliyə sədaqətdir, yerə-göyə sığmayan, sığışmayan qətiyyətdir. Bu qətiyyət bizi Qarabağa aparacaq. Biz buna əminik. Vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi naminə erməni faşizmi ilə mübarizədə hər zaman Sizin yanınızdayıq. Mən bu mübarizədə şəhidlik zirvəsinə ucalmağa, Vətəni qoruyan əsgər olmağa hazıram. Bu yolda bütün əmrlərinizi gözləyirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu