PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 5-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə etmişlər. Qeyd olunmuşdur ki, yaxın günlərdə Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə hazırlıq işlərinin həyata keçirilməsi ilə bağlı Tbilisidə imzalanacaq sənəd, həmçinin Azərbaycan qazının Gürcüstana verilməsi prosesinin başlanması həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynayacaqdır.
Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimiz arasında energetika sektorunda əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:46]
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]