PREZİDENTLƏR UKRAYNA-Aİ SAMMİTİNİN YEKUNLARINI ŞƏRH ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Ukraynanın kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, sentyabrın 9-da Ukrayna Prezidenti Viktor Yuşşenko Parisdə keçirilmiş Ukrayna-Aİ sammitinin yekunlarına dair mətbuat konfransında ölkəsinin Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımayacağını bildirmişdir.
“Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq” deyən Ukrayna Prezidenti vurğulamışdır ki, Ukrayna Cənubi Osetiyanın və Abxaziyanın suverenliyini tanıya bilməz.
Ukrayna Prezidenti xatırlatmışdır ki, 1975-ci il Helsinki sazişlərinə görə Avropa ölkələrinin ərazi bütövlüyü toxunulmazdır.
Elə həmin mətbuat konfransında Ukrayna Prezidenti Viktor Yuşşenko, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələlərinə dair ali nümayəndəsi Xavyer Solana ilə birlikdə iştirak edən Fransa Prezidenti Nikola Sarkozi bəyan etmişdir ki, Aİ Ukrayna ilə vizasız rejim tətbiq edilməsi şərtlərini müzakirə etməyə hazırdır.
Avropa İttifaqının və Ukraynanın ümumi tarixi dəyərlərə malik olmasını vurğulayan N.Sarkozi onu da bildirmişdir ki, Aİ və Ukrayna assosiasiya haqda saziş bağlamağı qərara almışlar.
V.Yuşşenkonun fikrincə, Aİ və Ukrayna arasında assosiasiya haqda saziş 2009-ci ilin ikinci yarısında imzalanacaqdır.
Hazırda Avropa İttifaqına sədrlik edən ölkənin - Fransanın Prezidenti qeyd etmişdir ki, Ukrayna və Aİ arasında assosiasiya haqda yeni saziş Ukraynanın Aİ-yə daxil olmasına yol açmır, lakin həmin yolu bağlamır da.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:35]
Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar
- 02.06.2026 [03:18]
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
- 01.06.2026 [22:15]