Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Cümhuriyyət dövrünün ədəbi dili M.Ə.Rəsulzadənin ədəbi-publisistik fəaliyyətindən ayrılmazdır

Professor: Cümhuriyyət dövrünün ədəbi dili M.Ə.Rəsulzadənin ədəbi-publisistik fəaliyyətindən ayrılmazdır

Bakı, 12 fevral, AZƏRTAC

Görkəmli ictimai-siyasi dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi, ədəbi-bədii irsi haqqında müəyyən araşdırmalar aparılsa da, onun dilçilik görüşləri, ədəbi dilimizin inkişafı yolunda göstərdiyi xidmətlər haqqında, demək olar ki, kiçik həcmdə belə yazılar yoxdur. XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi üslubun formalaşmasında ədibin mühüm xidmətləri, ədəbi dilimizin inkişafında onun istedad və zəhməti araşdırılıb öyrənilməlidir.

Bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Kazımovun “Azərbaycan ədəbi dilinin Məhəmməd Əmin Rəsulzadə mərhələsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İctimai-siyasi düşüncənin ən yaxşı keyfiyyətlərinə M.Ə.Rəsulzadənin yaradıcılığında rast gəlmək olur. Siyasi olsa da, onun əsərlərinin dilində və üslubunda xalq ifadələri, aforizmlər, ümumiləşmiş fikir-obrazlar, təzadlar, obrazlı müqayisələr, emosional metaforalar və s. həddən ziyadə çoxdur.

Ədəbi dilimizin görkəmli tədqiqatçısı Tofiq Hacıyev Cümhuriyyətin dil siyasətini, onun ədəbi dillə əlaqəsini araşdırarkən yazırdı: “1918-ci ilin mayında müstəqil Azərbaycan dövlətinin yaranması ilə Azərbaycan milli dilinin çiyninə yenə şadlıq quşu qondu, 1918-ci il iyunun 27-də Azərbaycan türkcəsi dövlət dili elan olundu. Budur həmin fərman: “Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dövlət vəzifələri başında duranlar bu lisan bilənlər olana qədər hökumət müəssisələrində rus dili istemalına da müsaidə edilsin”. Fərmanda türkcə - Azərbaycan türkcəsi Cümhuriyyətin (respublikanın) dövlət dili elan olunmaqla o da deyilir ki, vəzifə başında olan şəxslərin hamısı bu dövlət dilini, yəni azərbaycanlıların ana dilini, beşik dilini bilməlidir. Bu gerçəklik idi ki, o zamanın Azərbaycan ziyalıları türkcə, ana dilində təhsil görməmişdilər, hələ dövlət dilini, ana türkcəni hamısı mükəmməl ədəbi dil səviyyəsində, deyək ki, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, M.Şahtaxtlı və başqa bu kimiləri bilmirdi. Doğrudur, bunlar və belələri də ana dilində təhsil görməmişdilər. Ancaq bunlar yazıçı, jurnalist olaraq ədəbi türkcəni kamil səviyyədə bilirdilər”.

M.Ə.Rəsulzadənin ictimai-siyasi publisistikasının dil-üslub etibarilə fərdi keyfiyyət qazanması onun dil vasitələrini, ifadə formalarını necə seçməsindən, onlardan yerində, məqsədəuyğun biçimdə istifadə etməsindən, dil-nitq normalarını gözləməsindən, nitq aktının fərdiliyindən, sosial aidliyindən və mədəni səviyyəsindən asılı olub. Onun məqalə və çıxışlarının dili və üslubu göstərir ki, o, ümumxalq dilinə mənsub olan vasitələri yalnız öz subyektiv zövqünə, mövzusuna və məqsədinə uyğun olaraq seçib işlədib. Bu mənada ədibin fərdi üslubu ümumxalq dilinin fərdi keyfiyyətlərindəndir.

Bir çox müasirləri kimi M.Ə.Rəsulzadə də zamanın ən demokratik ideyaları səviyyəsində dayanırdı. Onun ictimai-siyasi publisistikasında xoş və işıqlı gələcəyə, mədəni həyata, oyanış və azadlığa dərin inam, güclü çağırış hissi, fəal polemik ton güclü idi. Sabahkı hadisələri qabaqlamaq, görmək və onu təhlil etmək bacarığı publisistin üslubunu səciyyələndirir. M.Ə.Rəsulzadə də dövrün ədəbi dil normalarını israrla məqalə və məktublarında tətbiq edərək məcburiləşdirir, sabitləşdirir, oxucu kütləsinə çatdırıb təbliğ edir, digər tərəfdən, ədəbi dili xalq dili materialına yaxınlaşdırır, əcnəbi ünsürlərə qarşı ardıcıl mübarizə aparırdı.

M.Ə.Rəsulzadə publisistikasının dili ictimai-siyasi üslubun mühüm tərkib hissələrindən biridir. Onun üslub tərzində dilin elmi, siyasi və bədii çalarları aydın sezilir. O, dil məsələlərini mühüm həyati məsələ sayır və bu məqsədlə də yazırdı ki, “qanunlar dövlətin kontor dilində olmalıdır. Maliyyə işləri də kontor dilində aparılmalıdır” (“Tərəqqi” qəzeti, 1 iyun 1909). Ədib kontor dili deyərkən ədəbi dili - dövlət dilini nəzərdə tuturdu. O, təkcə xalqın azadlığı, müstəqilliyi uğrunda deyil, eyni zamanda, Azərbaycan dilinin inkişafı, təmizliyi, tərəqqisi üçün fəal mübarizə aparıb.

Parlamentin iclaslarında M.Ə.Rəsulzadə dil haqqında, onun işləkliyi barədə müsbət təkliflər verirdi. 1918-ci il dekabrın 30-da keçirilən 6-cı iclasda Gürcüstan parlamentindən Azərbaycana göndərilmiş bir təbrik teleqramı rusca olduğu üçün M.Ə.Rəsulzadə buna etiraz etmişdi: “Mən təklif edirəm ki, bundan belə parlamentə gələn teleqraflar qabaqca türkcəyə tərcümə edilib oxunmalı. Və lazım gələrsə, rusca da oxunsun. Burası Azərbaycandır. Lisani-rəsmimiz türkcədir”. O, “Yeni lisançılar və türkçülər”, “Dil ictimai bir əməldir” adlı məqalələrində Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqın qarşısında ən mühüm problem kimi qaldırırdı.

Onun siyasi publisistik dili yaşadığı dövrün bir sıra mətbu orqanlarında - “İrşad”, “Təkamül”, “Dəvət”, “Yoldaş”, “Tərəqqi” və s. qəzetlərində öz əksini tapıb. Bu qəzetlərdə Azərbaycanın yeni ictimai-şəraitinə uyğun spesifik söz və termin yaradıcılığı üstünlük təşkil edirdı. Gələcəkdə bu qəzetlərin dil və üslubunu öyrənmək üçüm M.Ə.Rəsulzadənin həmin yazılarının mühüm əhəmiyyəti var. Bir dilçi kimi də əsərlərində bir sıra coğrafi adların (toponimlərin) semantikasını verməyə çalışırdı. Məsələn, “Təbriz - saf, bir hava şəhəri olub xəstəlikləri dəf edən bir yerdir. Zatən burasını da anlatmaqdadır. Təbriz, yəni qızdırma tökən, qızdırma dağıdan” (Azərbaycan xatiratından Təbriz” adlı məqalədən).

M.Ə.Rəsulzadənin çıxışlarında nitq səviyyəsi çox yüksək idi. Həmin çıxışlarda Azərbaycan dilinin gözəlliyi, gücü, əzmkarlığı, kəsəri duyulurdu: “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “İnsanlara hürrət, millətlərə istiqlal”.

Professor Qəzənfər Kazımov yazır ki, M.Ə.Rəsulzadənin publisistik üslubunda ezop, əks-söyləmə manerasından geniş istifadə edilib. Ezop manerası ona təkcə hücum, mübarizə silahı deyil, həm ört-basdır, müdafiə vasitəsi kimi lazım olub. Onun dili siyasiləşmiş olsa da, ana dilinə sevgini saxlayır. M.Ə.Rəsulzadə dərin, mükəmməl dil birliyinə yiyələnmiş bir şəxsiyyət olmaqla yanaşı, türk dillərini, ana dilini həssaslıqla duyurdu: “Türk lisanı başlıca qəvaidən ibarətdir. Yəni türk dili lüğətə əhəmiyyət verməz, hər lisandan bəyəndiyi kəlməyi alıb öz malı kimi asanlıqla öz qəvaidi-sərfiyyə və nəhviyyəsinə tətbiqən təsrif edər”.

M.Ə.Rəsulzadə bəzi məsələlərdə, o cümlədən dildə öz yolunu azanlara kəskin sözünü deyə bilirdi: “Dağları dərələrə əvəz etmək istəyənlərə, öz millətini unudub da vətənə xəyanət edənlərə minlərcə lənət!”. O, bu düşüncədə idi ki, “hər dilin özünəməxsus yaraşığı var, bu yaraşıq dilin içində gizlənmişdir, dil işləndikcə bu yaraşıq ortaya çıxır; borc almaqla xəzinə xəzinə olmaz” başqa dillərdən söz almaqla dil dil olmaz” (“Həyat”, 1905, № 35). O, terminlərin türkləşdirilməsinin tərəfdarı olub. Yazırdı ki, imla məsələsində ümumi ədəbi əsaslara dayanmalı və mümkün qədər başqa türkcələrlə olan ortaq xüsusiyyətləri qorumağa səy göstərmək gərəkdir.

Onun söylədiyi nitqlər həmişə mükəmməl və səmimi olardı. M.Ə.Rəsulzadənin məqalə, çıxış və digər publisistik əsərləri ideya-estetik keyfiyyətlərinə görə həm dövrü üçün, həm də indiki dövr üçün böyük əhəmiyyət kəsb edir. Bir sözlə, Azərbaycan ədəbi dilinin Cümhuriyyət dövrü M.Ə.Rəsulzadənin ədəbi-publisistik fəaliyyətindən ayrılmazdır. Ədibin parlaq və alovlu nitqlərində, publisistik düşüncələrində ana dili “Azərbaycan qayəsi” kimi, mübarizə yolu kimi ötüb keçir. Dövrün bir sıra qəzetlərinin ideya-siyasi istiqamətini öyrənmək, M.Ə.Rəsulzadənin ictimai-siyasi məsələlərə münasibətini aydınlaşdırmaqdan ötrü onun bədii dili, publisistik məqalələrinin ictimai-siyasi və lüğət tərkibi zəngin və qiymətli material verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik