Proqramlaşdırma müsabiqəsində məktəblilərimizin uğuru
Bakı, 9 fevral, AZƏRTAC
Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 12 ölkədən 197 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 2 bürünc medal qazanıblar.
“Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Raul Cəfərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nəsir Bəşirov isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 2 qızıl, 13 gümüş və 36 bürünc olmaqla ümumilikdə 51 medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]