PSJ klubu Kilian Mbappeyə olan borcuna görə avrokuboklardan kənarlaşdırıla bilər
Bakı, 7 yanvar, AZƏRTAC
Fransanın PSJ klubu sabiq futbolçusu Kilian Mbappeyə olan 55 milyon avro borcunu ödəməyib.
AZƏRTAC "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, bu məbləğə 26 yaşlı hücumçunun komanda ilə 2024-cü ilin yayında başa çatan müqaviləsi üzrə maaş və bonusları daxildir.
Ulduz oyunçu tərəfindən Fransa Futbol Federasiyasının ən yüksək apellyasiya məhkəməsində iddia qaldırıldığı və bu yaxınlarda dinləmələrin keçiriləcəyi bildirilib. Həmçinin, PSJ “klubun lisenziyalaşdırılması və maliyyə sabitliyi haqqında” reqlamentin pozulması səbəbindən UEFA tərəfindən sanksiyalarla üzləşə bilər. Reqlamentə əsasən, avrokuboklarda iştirak edən klubların iyulun 15-i, oktyabrın 15-i və yanvarın 15-dən etibarən işçilərinə heç bir borcu olmamalıdır. Qanun pozuntuları aşkar olunarsa, klub avrokuboklardan və ya növbəti mövsümlərdə keçiriləcək yarışlardan kənarlaşdırıla bilər.
Fransa Peşəkar Futbol Liqası klubdan tez bir zamanda borcunu ödəməyi tələb edib. Hazırda İspaniya təmsilçisi “Real Madrid”də çıxış edən Kilian Mbappenin nümayəndələri UEFA-dan mövcud qaydalara uyğun ədalətli qərar gözlədiklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]