PYER ŞEVALYE: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ MƏQAMI ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Belçika Krallığı xarici işlər nazirinin ATƏT-dəki xüsusi nümayəndəsi senator Pyer Şevalye Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşündə Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq demişdir ki, bu münaqişənin həlli məqamı çatmışdır. ABŞ-ın hakimiyyət orqanları, digər həmsədrlərlə əlaqələrim nəticəsində yəqin etmişəm ki, növbəti il bu münaqişənin həllində vacib il olacaqdır. Biz əldə olunmuş nailiyyətləri, tərəflərin irəli sürdüyü bütün şərtləri bir araya gətirməliyik. Mənim üçün qəbuledilməzdir ki, böyük iqtisadi potensialı olan ölkə belə bir münaqişədən əziyyət çəkir. Biz tərəflərin görüşlərinin təşkili, onların bir araya gəlməsi istiqamətində əlimizdən gələni əsirgəməməli, bu prosesə siyasi dəstək üçün gücümüzü səfərbər etməliyik. Belçika ATƏT-də sədrliyi müddətində bu istiqamətdə lazımi köməyi etməyə hazırdır. Tərəflər arasında müzakirələr zamanı bu və ya digər məsələdə güzəştlərə gəldikdə isə, onlar qəbuledilən, xüsusilə xalq tərəfindən qəbuledilən və şərəfli olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]
XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]