Qadın sablyaçılardan ibarət komandamız dünya kubokunun mərhələ yarışında 12-ci olub
Bakı, 19 yanvar, AZƏRTAC
Tbilisidə keçirilən sablya üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub. Turnirin sonuncu günündə kişi və qadın iştirakçılar arasında komanda yarışında qaliblər müəyyənləşib.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Gürcüstanı təmsil edən kollektivə 45:43 hesabı ilə qalib gəlib.
Komandamız ən güclü 8-liyə yüksəlmək üçün keçirilən görüşdə Macarıstan yığmasına 43:45 hesabı ilə uduzub.
Qadın sablyaçılarımız 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə ilk olaraq Qazaxıstan seçməsinə 45:42 hesabı ilə qalib gəliblər. Ardınca Yaponiya yığmasına 40:45 hesabı ilə məğlub olan komandamız 11-ci yer uğrunda keçirilən görüşdə Ukrayna millisinə 36:45 hesabı ilə uduzub.
Komandamız turniri 12-ci pillədə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]