Qadın velosipedçimiz Türkiyədə keçirilmiş yarışda parlaq qələbə qazanıb
Bakı, 13 aprel, AZƏRTAC
Türkiyənin Giresun şəhərində keçirilmiş çempionatın ikinci mərhələsində yeniyetmə qızların 45 kilometr məsafəyə velosiped üzrə qrup ötüşməsi yığma komandamızın üzvü Lalə Əbdürəhmanovanın parlaq qələbəsi ilə başa çatıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə qızlarımız Türkiyə çempionatında Lalə Əbdürəhmanova, Viktoriya Sidorenko, Gülşən İsmayılova və Məleykə İsgəndərovadan ibarət heyətlə çıxış edib. Bu gün iştirakçılar kriterium ötüşməsində mübarizə aparacaqlar.
Qeyd edək ki, Türkiyə çempionatında Azərbaycanın yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandaları da çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]