Qadın voleybolçularımız dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıblar
Bakı, 30 may, AZƏRTAC
Azərbaycanın qadın voleybolçuları dünya çempionatının seçmə mərhələsi çərçivəsində mayın 30-da Bakıda Norveç yığması ilə qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda Faiq Qarayevin yetirmələri Norveç millisinə hər üç setdə qalib gəliblər. Voleybolçu qızlarımız setləri 25:15, 25:10 və 25:6 hesablı qələbə ilə başa vurublar.
Milli komandamız növbəti oyunda Danimarka yığması ilə qarşılaşacaq.