Qafqaz Müsəlmanları İdarəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana yola düşmüşdür
Bakı, 17 may (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti mayın 17-də Özbəkistana yola düşmüşdür.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Qafqaz müftiləri daxildir.
Səfərin məqsədi Qafqazın din xadimlərinin Özbəkistanda vaxtilə dini təhsil aldıqları müəssisələrə baş çəkmək, habelə Özbəkistan dövlətinə və xalqına minnətdarlıq etməkdir.
Səfər zamanı A. Paşazadə və Qafqaz müftiləri Buxaradakı Mir-Ərəb mədrəsəsinə baş çəkəcək, Daşkənd İslam Universitetində tələbələrlə görüş keçirəcəklər.
Tələbəlik illərinin xatirələrini bölüşəcək Qafqazın din xadimləri ateizmin təbliğ edildiyi illərdə Özbəkistanın ali dini təhsil müəssisələrində onlara İslamın müqəddəs dəyərlərini aşılamış dünyadan köçmüş müəllimlərinin xatirələrini yad edəcəklər.
Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, həmçinin Daşkənd, Buxara və Səmərqənd şəhərlərini ziyarət edəcək, özbək torpağının tarixi, dini məkanlarına baş çəkəcəklər.
Nümayəndə heyətinin Özbəkistanın dövlət rəsmiləri ilə görüşü də nəzərdə tutulmuşdur.
Səfər mayın 21-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]