Qafqaz Universitetində 20 yanvar faciəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Qafqaz universitetində 1990-cı il 20 Yanvar faciəsinin 24-ci il dönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqiəlik sükutla yad etmişlər.
Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə teleaparıcı Rahib Azərinin 20 Yanvar şəhidlərinin xatirəsinə hazırladığı “Sirdaş” proqramı nümayiş olunmuşdur. Müəllif öz çıxışında həmin hadisələrin canlı şahidi olduğunu söyləmiş, faciəsini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, 20 Yanvar olaylarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsində başlıca rolu ümummilli lider Heydər Əliyev oynamışdır. SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraqumummilli lider Heydər Əliyev heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 1990-cı il yanvarın 21-də M. Qorbaçov və onun komandasının atdığı bu addımı kəskin tənqid etmişdir. Ümummilli lider Heydər Əliyevin bəyatanı o zaman dünyanın aparıcı KİV-lərində geniş işıqlandırılmışdır. Məhs bu bəyanatdan sonra beynəlxalq ictimaiyət Azərbaycanda sovet ordusunun həyata keçirtdiyi qanlı qırğın barədə məlumatlanmışdır. Bildirilmişdir ki, sovet ordusunun 20 Yanvarda xalq hərəkatını boğmaq cəhdləri uğursuzluğa düçar olmuşdur. Azərbaycan xalqı bu faciədən sonra daha da sıx birləşmiş və müstəqilliyini bərpa etmişdir. Tədbir universitetin müəllim və tələbə heyətinin Şəhidlər Xiyabanını ziyarət etməsilə yekunlaşmışdır.