Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib Əbdüləliyev: Əsas hədəfimiz özünütəminat səviyyəsini yüksəltmək və ixrac potensialını artırmaqdır

Qalib Əbdüləliyev: Əsas hədəfimiz özünütəminat səviyyəsini yüksəltmək və ixrac potensialını artırmaqdır

Bakı, 17 fevral, Elvin Camalov, AZƏRTAC

Ölkədə heyvandarlığın inkişafı, eləcə də heyvandarlıq məhsulları istehsalının artırılması, damazlıq işi aktual problem olaraq qalmaqdadır. Bu sahənin inkişafı dövlətin diqqət mərkəzindədir bunun üçün xeyli vəsait ayrılır.

Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bu sahədə görülən işlər və əldə olunan nəticələrlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb:

- Qalib müəllim, son illər heyvandarlıq sahəsində keyfiyyət dəyişikliyi baş verməkdədir. Yüksək məhsuldar cins mal-qara alınıb lizinq yolu ilə fermerlərə satılır, süni mayalanma tədbirləri həyata keçirilir. Ötən il bu sahədə hansı uğurlarla yadda qaldı və nə kimi nəticələrə nail olunub?

- Kənd təsərrüfatının mühüm bir qolu olan heyvandarlıqda müasirləşmənin, intensiv texnologiyalar əsasında inkişafın təməlində mal-qaranın yüksək genetik məhsuldarlıq potensialına malik olması dayanır. İndi iş əsasən bu istiqamətdə aparılır. Ölkəyə həm yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır, həm də süni mayalanma işləri genişləndirilir. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb.

Digər tərəfdən süni mayalama xidmətlərinin genişlənməsi və müasirləşdirilməsi də davam edir. Prezident İlham Əliyevin Sərəncamı ilə Respublika Süni Mayalama Mərkəzinin yenidən qurulması üçün vəsait ayrılıb. Mərkəz yaxın aylarda işə başlayacaq. Bundan sonra ölkəni müxtəlif cins heyvanların toxumları ilə tam təmin etməklə yanaşı, həm də ixrac potensialı yaradılacaq. Bununla yanaşı, ölkəyə yüksək məhsuldar heyvan cinslərinin gətirilməsi və lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması da davam edəcək.

- Heyvandarlıq məhsulları ilə özünütəminat hansı səviyyədədir və bu istiqamətdə nə kimi irəliləyişlər gözlənilir?

- Əvvəlcə onu deyim ki, görülən işlər, ilk növbədə, məhz özünütəminat səviyyəsinin yüksəldilməsinə və ixrac potensialının artırılmasına yönəlib. 2015-ci ildə bu sahədə müəyyən irəliləyiş baş verib. Özünütəminat göstəriciləri belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2014-cü illə müqayisədə mal əti ilə özünütəminat səviyyəsi 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. İnanırıq ki, özünütəminat səviyyəsində bu ildə də artım olacaq.

- “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən yaradılan müasir heyvandarlıq kompleksi ölkəmizdə ilk dəfə olaraq xaricə - Türkmənistana cins heyvan ixracını reallaşdırıb. Bu perspektivi necə görürsünüz?

- Bu, çox yaxşı bir nümunədir. Müstəqillik dövründə ilk dəfədir ki, biz yüksək məhsuldar “Simmental” cins düyələri xarici ölkəyə ixrac edirik. “Qəbələ-Aqro Kompleks”ində 1600 başdan çox ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvan saxlanılır. Həmin heyvanlar gündə orta hesabla 25 litr, ildə isə 6700 litrdən çox süd verir. Bu sahədə ixrac davamlı olacaq. Əlbəttə, istərdik ki, təkcə “Qəbələ-Aqro Kompleks”ində deyil, digər təsərrüfatlarda da heyvanların, eləcə də müxtəlif heyvandarlıq məhsullarının ixracı mümkün olsun.

- İri heyvandarlıq təsərrüfatlarının sahibləri yem tədarükü üçün əkin sahələrinin yetərli olmamasını əsas problem kimi qaldırırlar. Eləcə də bir sıra yem komponentləri xaricdən gətirilir. Bu problemin həlli ilə bağlı nə işlər görüləcək?

- Qeyd etmək istərdim ki, heyvandarlıqda uğura nail olmaq üçün üç müxtəlif istiqamətli fəaliyyət biri-birini tamamlamalıdır. Birinci amil heyvanların yüksək genetik məhsuldarlıq potensialına malik olmasıdır. İkincisi, həmin heyvanların kifayət qədər balanslaşmış formada yemlə təmin olunması, üçüncüsü isə xəstəliklərdən etibarlı şəkilsə qorunmasıdır. Burada yem məsələsi daha çox aktuallıq kəsb edir. Ölkəmizdə yem bazası var - buğda, arpa, qarğıdalı, yonca, eyni zamanda, təbii çəmənliklər və otlaqlar mövcuddur. Ancaq söhbət balanslaşmış yemdən gedir. Yemdə müxtəlif üzvi və mineral maddələr olmalıdır. Ötən ilə nisbətən ölkəmizdə müxtəlif tərkibli yemlərin istehsalı artıb. Şərt deyil ki, heyvan saxlayan şəxs mütləq yem istehsalı ilə də məşğul olsun. Məsələn, bir sahibkar heyvandarlıqla məşğuldursa, digəri yem bitkilərinin əkilməsi və yem istehsalı ilə məşğul ola bilər. Bu təcrübə artıq formalaşmaqdadır. Həm qaba yemlərin, həm də qüvvəli və sulu- şirəli yemlərin müxtəlif sahibkarlar tərəfindən istehsalı artır. Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə yanacağa və mühərrik yağlarına görə subsidiyanın verilməsi ikinci əkinə də şamil olundu. Bu, yem istehsalını stimullaşdıran tədbirdir. Məsələn, arpa biçildikdən sonra onun yerində siloslu qarğıdalı, soya, günəbaxan və digər yem bitkiləri əkilə bilər. Onların vegetasiya dövrü təxminən 90 gündür. Sentyabrın sonunda bu yemi topladıqdan sonra onun yerində payızlıq əkin aparılması nəticəsində torpaq sahibi bir ildə iki dəfə məhsul götürür. Bundan başqa, heyvandarlıq məhsulları istehsalının artması üçün çox heyvan saxlanılması vacib deyil. Müasir texnologiyalar tətbiq etməklə, heyvanların məhsuldarlığının artıra bilərik. Belə olarsa, otlaqlarda heyvanların sayı azalacaq, onlar qapalı tövlələrdə saxlanılacaq. Meliorativ tədbirlər həyata keçirildikdən sonra böyük potensial yem bazası yaranacaq. Bu praktika artıq başlayıb və hesab edirəm ki, getdikcə genişlənəcək.

- Sonuncu sualım quşçuluğa aiddir. Quş yeminin komponentləri ölkəmizə əsasən xaricdən gətirilir. Onun Azərbaycanda istehsalına nə mane olur? Bu istiqamətdə iş gedirmi?

- Bütövlükdə götürüldükdə, yemin xammalı deyil, daha çox yem əlavəsi kimi istifadə edilən komponentlər idxal edilir. Quşçuluqda yem komponentlərinin idxaldan asılılıq daha çox soya şrotunun hesabına yaranır. Odur ki, hazırda soya əkilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçiririk. Burada bir məsələ var: soya arpadan, buğdadan, qarğıdalıdan fərqli olaraq birbaşa istifadə edilmir. O, emal olunur, yəni şrotu hazırlanır və yem kimi istifadə edilir. Maksimum çalışmalıyıq ki, bu sahədə də idxaldan asılılıq azalsın. Hesab edirəm ki, sahibkarlarımız öz bazarlarını formalaşdıraraq, müxtəlif tərkibli yem əlavələri istehsal etməyə başlayacaqlar və sözsüz ki, bu təşəbbüslər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəklənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH