Qalibaf: İranın ABŞ-yə təqdim etdiyi münaqişənin həlli planının alternativi yoxdur
Bakı, 12 may, AZƏRTAC
İranın ABŞ tərəfinə təqdim etdiyi münaqişələrin həlli planının alternativi yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media hesabında yazıb.
“14 maddəlik təklifdə qeyd olunduğu kimi, İran xalqının hüquqlarını tanımaqdan başqa çıxış yolu yoxdur. Hər hansı digər yanaşma tamamilə təsirsiz olacaq və yalnız növbəti uğursuzluqlarla nəticələnəcək”, – deyə o bildirib.
Qalibafın sözlərinə görə, Vaşinqton bu prosesi nə qədər gecikdirsə, ABŞ vergiödəyiciləri bir o qədər çox xərc çəkməli olacaqlar.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın münaqişənin həlli ilə bağlı təkliflərini sona qədər oxumadığını bildirmişdi.
Tramp, həmçinin atəşkəsin son dərəcə kövrək olduğunu vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, İran üçün “dünyanın ən yaxşı planı”na sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]