Qanlı Yanvar faciəsi xalqımızın azadlıq uğrunda mübarizədə canından keçməyə hazır olduğunu sübut etdi
Bakı, 20 yanvar (AZƏRTAC). Qanlı Yanvar faciəsi bütün dünyaya Azərbaycan xalqının azadlıq mübarizəsi uğrunda qəhrəmancasına canından keçən, iradəli, əyilməz bir xalq olduğunu sübut etmişdir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanında həkim Süsanə Fərzəliyeva AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşmüşdür. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucalmışlar. Onlar öz canlarından keçərək ölkəmizin müstəqilliyinə yol açmışlar.
Hər il yanvarın 20-də Bakıdakı Şəhidlər xiyabanına gəlməyi özümə borc bilirəm, çünki burada uyuyan Vətən övladları bizim bu günkü azadlığımız, işıqlı gələcəyimiz üçün canlarından keçmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]