QANUNVERİCİLİYİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ BEYNƏLXALQ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ FAYDALIDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi, onun insan hüquqlarına dair beynəlxalq konvensiyalara uyğunlaşdırılması, insan hüquqları sahəsində beynəlxalq tələblərə cavab verən yeni qanunların qəbul edilməsi prosesinin sürətləndirilməsində ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının və bu təşkilatların bir sıra mühüm sənədlərinə qoşulmasının müəyyən rolu olmuşdur.
Bu günədək Azərbaycan Avropa Şurasının 50-ə yaxın sənədinə, o cümlədən son bir il ərzində Avropa Sosial Xartiyasına, “Ərazi icmalar və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında” Avropa Çərçivə Konvensiyasına və onun Əlavə Protokoluna, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya, Antidopinq Konvensiyasının Əlavə Protokoluna qoşulmuşdur. Avropa İnsan hüquqları Konvensiyasının digər protokollarına qoşulmaq məqsədi ilə hazırda ölkədaxili prosedurlar həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]