QARA DƏNİZ DÖVLƏTLƏRİ İQTİSADİ ƏMƏKDAŞLIQ PARLAMENT ASSAMBLEYASININ NİZAMNAMƏSİNƏ ƏSASLI DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi və müavinlərinin seçkiləri zamanı yaranmış problemləri həll etmək üçün üzv dövlətlərin deputatlarından ibarət işçi qrup martın 25-26-da İstanbulda toplaşacaqdır.
Azərbaycan parlamentini Assambleyada təmsil edən, Milli Məclisin deputatı Asəf Hacıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 1999-cu ildən başlayaraq bu quruma baş katib və müavinlərin seçilməsi ilə bağlı keçirilən iclasların hamısında mübahisələr yaranmışdır.
Təşkilata 11 dövlət daxildir və bütün dövlətlərin maraqları təmin olunmalıdır. Amma böyük dövlətlər (təşkilatda nümayəndələrin sayı dövlətlərin əhalisinin sayı ilə müəyyən olunur) birləşərək məsələni öz xeyirlərinə həll edirdilər. 2002-ci ilin iyununda Assambleyanın Tbilisidə keçirilmiş sessiyasında da eyni problem yaranmış, üzv dövlətlərin altısı seçkilərə etiraz əlaməti olaraq təşkilatı tərk etmişdi.
Mübahisələrə son qoymaq, təşkilat daxilində üzv dövlətlərin hüquqlarının qorunmasını təmin etmək məqsədilə Assambleyanın nizamnaməsi və reqlamentinin dəyişdirilməsi qərara alınmşdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]