Qara dənizdə Türkiyə gəmisinə dron hücumu olub, 4 nəfər yaralanıb
Ankara, 3 avqust, AZƏRTAC
Qara dənizdə Türkiyəyə məxsus “Nadhezna” gəmisinə edilən dron hücumu nəticəsində dörd nəfər xəsarət alıb.
AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, avqustun 3-də Samsundan Novorossiysk limanına təzə meyvə və tərəvəz daşıyan gəmi Novorossiyskdən 30 mil məsafədə yerli vaxtla saat 16:30-da hücuma məruz qalıb.
Hadisə nəticəsində yaralanan dörd heyət üzvündən üçünün Türkiyə vətəndaşı olduğu bildirilir. Gəminin kapitanı Yalçın Şahin hücum zamanı 6-7 drondan istifadə edildiyini açıqlayıb.
Hücumdan sonra gəmidə baş verən yanğının qarşısını almaq üçün heyət özü müdaxilə edib. Bölgədə hələ də digər dronların mövcudluğu səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin dərhal köməyə gələ bilmədiyi qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]