“Qarabağ” klubu bu gün Çexiya və Polşa komandaları ilə qarşılaşacaq
Bakı, 25 yanvar, AZƏRTAC
Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” toplanış çərçivəsində bu gün sonuncu yoxlama oyunlarını keçirəcək.
AZƏRTAC xəbər verir ki, UEFA Konfrans Liqasındakı təmsilçimiz iki matçda gücünü sınayacaq.
Ağdam təmsilçisi əvvəlcə Çexiyanın “Bohemians” klubu ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
“Qarabağ”ın qardaş ölkədəki sonuncu rəqibi “Visla” olacaq. Polşa təmsilçisi ilə matç saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” bunadək üç oyun keçirib. “Qaz Metan”la (Rumıniya) qolsuz heç-heçə edən Ağdam təmsilçisi “Baçka Topola”ya (Serbiya) 0:1 və “Şlensk”ə (Polşa) 2:3 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]