İDMAN
“Qarabağ” klubunun sabiq hücumçusu İsveçrə klubu ilə müqavilə imzalayıb
![“Qarabağ” klubunun sabiq hücumçusu İsveçrə klubu ilə müqavilə imzalayıb](/files/2020/3/1200x630/1601975233680753755_1200x630.jpg)
Bakı, 6 oktyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun sabiq hücumçusu İnnosent Emeqaranın yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı hücumçu İsveçrənin Çelenc liqasındakı “Vintertur” klubu ilə müqavilə imzalayıb. Bununla bağlı futbolçu özünün “Facebook” səhifəsində paylaşım edib.
Qeyd edək ki, Nigeriya əsilli isveçrəli futbolçu İ.Emeqara “Vintertur”da 2009-2010-cu il mövsümündə, “Qarabağ”da isə 2014-2015-ci il mövsümünün birinci yarısında və 2018-2019-cu il mövsümündə forma geyinib. O, ötən mövsüm Türkiyənin “Fatih Karagümrük” komandasında oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [21:36]
Azərbaycan güləşçisi Avropa üçüncüsü olub
- 02.07.2024 [20:59]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]