QARABAĞ MÜHARİBƏSİ ƏLİLİ ÜÇÜN FƏRDİ EV TİKİLMİŞDİR
Mərasimdə çıxış edən natiqlər ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən böyük diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələri, əlillər və veteranlar ulu öndərimiz Heydər Əliyevin, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə böyük qayğı ilə əhatə olunmuşlar. Son illər respublikamızda bu qəbildən olan mindən çox ailə fərdi ev və çoxmərtəbəli binalarda mənzil almış, bir çox əlil və veterana təqaüd və minik avtomobilləri verilmişdir. Bu məqsədlə gələn il Ağsuda ikimərtəbəli 16 mənzilli yaşayış binasının tikiləcəyi barədə də məlumat verilmişdir.
Zaur Məcidov ona göstərilən qayğıya görə ölkəmizin başçısına dərin minnətdarlığını bildirmişdir. Sonra Məcidovlar ailəsinə hədiyyələr verilmişdir.
Axırda qonaqlar evlə tanış olmuşlar.