“Qarabağ”dan ayrılan Vadjinin “Sent Etyen”də debütünün vaxtı müəyyənləşib
Bakı, 29 avqust, AZƏRTAC
“Qarabağ”dan Fransanın “Sent Etyen” komandasına keçən İbrahima Vadjinin yeni klubunda debüt edəcəyi vaxt müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də yeddinci turun “Pau” ilə səfər oyununda meydana çıxacaq.
Qeyd edək ki, seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah “Bastiya” ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.
Fransa təmsilçisi Vadjinin keçidi üçün Ağdam klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]