“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki potensial rəqibləri bəlli olub
Bakı, 26 avqust, AZƏRTAC
UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.
AZƏRTAC xəbər verir ki, qrupda mübarizə aparacaq 32 komanda, həmçinin "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşib.
Ağdam klubu püşkatmaya 2-ci səbətdən qoşulacaq və digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək.
1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan),
2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan),
3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə),
4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə).
Qeyd edək ki, Avropa Liqasında püşkatma bu gün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]