“Qarabağ”ın futbolçuları “Ümid yeri” uşaq sığınacağında olublar
Bakı 24 may, AZƏRTAC
Mayın 24-də “Qarabağ” klubunun futbolçuları Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağında olublar.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular - Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.
Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.