“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO
Bakı, 19 avqust, AZƏRTAC
“Qarabağ”ın futbolçusu Renaldo Sefas UEFA Konfrans Liqasında Niderlandda “Tvente” klubu ilə keçiriləcək pley-off mərhələsinin ilk matçını buraxa bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Premyer Liqanın ilk turunun “Şamaxı” ilə görüşündə zədələnən vingerin Niderlanddakı qarşılaşmada iştirakı sual altındadır.
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə avqustun 20-də səfərdə, 27-də isə Bakıda qarşılaşacaq.