“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb
Bakı, 18 avqust, AZƏRTAC
“Neftçi” növbəti transferini həyata keçirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, serbiyalı hücumameyilli yarımmüdafiəçi Draqolyub Saviç “ağ-qaralar”ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə 2+1 il müddətinə müqavilə imzalanıb.
Əsasən sol vinger mövqeyində çıxış edən Saviç yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir, komandanın oyun sistemindən asılı olaraq sağ və sol cinahlarda oynaya bilir.
O, Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.
Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. 2026/2027-ci illər mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 1 qol ötürməsi ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [18:40]
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
- 18.08.2026 [18:07]
Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
- 18.08.2026 [17:57]
Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır
- 18.08.2026 [15:41]
“Səbail” yeni futbolçu transfer edib
- 18.08.2026 [15:20]
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
- 18.08.2026 [15:16]
“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?
- 18.08.2026 [14:24]