QAXDA ƏHALİNİN MƏŞĞULLUĞUNA DİQQƏT ARTIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qax rayonunda qısa müddətdə 270 yeni iş yeri yaradılmışdır. İlin əvvəlindən bəri rayonda 8 yeni sənaye müəssisəsi işə salınmış, 64 xidmət və ticarət obyekti açılmış, 4 müəssisənin, o cümlədən “Qax Konserv” ASC-nin nəzdindəki şirə sexinin fəaliyyəti bərpa edilmişdir. Bu müəssisələrdə 198 nəfər daimi işlə təmin olunmuş, 72 nəfər isə rayonda aparılan tikinti-abadlıq və mövsümi xarakterli işlərə cəlb edilmişdir.