QAXDA KİTAB BAYRAMI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ziyalıların, kitabsevərlərin iştirakı ilə keçirilən bu tədbirdə çıxış edənlər, uzun illərdən bəri unudulmuş ənənəvi kitab bayramlarının yenidən təşkilini rayonun mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirdilər.
Aylığın keçirilməsinin təşəbbüskarı, rayon icra hakimiyyətinin başçısı Abbas Göyüşovun kitabxana fondlarının latın qrafikası ilə çap edilmiş kitablarla təmin olunmasının vacibliyini söylədi. Bildirildi ki, mədəniyyət işçilərinin Qaxda keçirilmiş zona müşavirəsinin tövsiyələrinə uyğun olaraq, kitab fondlarında yaranmış bu boşluğu daxili imkanlar hesabına aradan qaldırmaq lazımdır.
Tədbirdə müəssisə rəhbərlərinə və fərdi oxuculara, iş adamlarına marafonun davam etdiyi müddətdə rayon kitabxanalarına latın qrafikalı kitablarla zənginləşdirilməsində kömək göstərmələri tövsiyə olundu.
“Qaxın möcüzələri” kitabının müəllifi, şair Əli Qurbanov Dastançı kitab bayramına dəvət olunduğu üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, rayonun kitabxanalarına müəllifi olduğu 20 nüsxə kitab bağışladı.
Kitab marafonu dekabrın sonunadək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]