Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq orqanın tələblərini yerinə yetirməyənlər cərimə olunacaqlar
Bakı, 8 fevral, AZƏRTAC
“Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliklər aktualdır və insanların həyat təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin fevralın 8-də keçirilən iclasında bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, iclasın gündəliyinə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.06.2026 [19:45]
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb
- 02.06.2026 [18:07]
FHN Akademiyasının yaradılmasının 18 illiyi qeyd olunub
- 02.06.2026 [17:22]
Ötən ay 56 aptekdə yoxlama aparılıb
- 02.06.2026 [17:19]