Qazaxıstan könüllüləri ASAN könüllülərinin fəaliyyəti ilə tanış olublar
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əməkdaşlığı çərçivəsində könüllülük sahəsində təcrübə mübadiləsi məqsədilə Qazaxıstan könüllülərinin ölkəmizə səfəri təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfərin ikinci günündə könüllülərə Dövlət Agentliyinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin, “ASAN Könüllüləri” Təşkilatının fəaliyyəti barədə məlumat verilib, könüllülük proqramları, tədbir və layihələrdən söz açılıb.