Qazaxıstan və Çin arasında vizasız rejim noyabrın 10-da qüvvəyə minəcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Qazaxıstan və Çin arasında viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş noyabrın 10-da qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin “Paraqraf” informasiya sistemində dərc olunan məlumatında deyilir.
XİN bildirir ki, Qazaxıstan ilə Çin hökumətləri arasında 2023-cü il mayın 17-də Sian şəhərində imzalanmış viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş cari il noyabrın 10-da qüvvəyə minəcək.
Müvafiq saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Çinə səfəri zamanı imzalanıb. Sənəd hər iki ölkə vətəndaşlarına dövlət sərhədini keçdiyi andan 30 təqvim günündən və 180 təqvim günü ərzində 90 gündən çox olmayaraq, vizasız səfər imkanı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]