Qazaxıstanda COVID-19-dan sağalanların sayı artır
Nur-Sultan, 24 avqust, AZƏRTAC
Qazaxıstanda pandemiya dövründə ilk dəfə olaraq yoluxma sayında azalma müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanda ötən gün koronavirus infeksiyası 175 nəfərdə qeydə alınıb. Onlardan 107-i simptomatik, 68-i isə asimptomatik daşıyıcıdır.
Ümumilikdə ölkədə 104 718 COVID-19 infeksiyası halı təsdiqlənib. Həmçinin ötən gün koronavirus infeksiyasından 1509 nəfər sağalıb, ölkə üzrə sağalanların sayı 92 598 nəfərə çatıb.
Pandemiya dövründə Qazaxıstanda koronavirusdan 1523, pnevmoniyadan 258 nəfər həyatını itirib.
Hazırda koronavirus infeksiyasından 10 597 nəfər müalicə olunur, onlardan 52 nəfəri uşaqdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]