Qazaxıstanda karantin müddəti uzadıla bilər
Nur-Sultan, 22 aprel, AZƏRTAC
Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov koronavirus pandemiyasına görə karantin rejiminin mayın ortalarına və sonuna qədər davam edə biləcəyi fikrini irəli sürdü. Bunun xəstəliklə bağlı vəziyyətdən asılı olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, nazir may ayının təhlükəli bir dövr olacağını qeyd edib.
E.Britanov koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün yeganə yolun evdə qalmaq olduğunu vurğulayıb.
Qazaxıstanda pik zamanı 3000-3500 yoluxma halının qeydə alınacağı barədə ilkin proqnozlardan danışan nazir bir daha qeyd edib ki, bu, üç aylıq dövrə- martdan mayın sonuna qədər aiddir.
Qeyd edək ki, Qazaxıstanda koronavirusa yoluxanların sayı artır. Hazırda ölkə üzrə COVID-19-a yoluxanların sayı 1995-ə çatıb, 19 nəfər dünyasını dəyişib, 489 nəfəri sağalaraq evə buraxılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]