Qazaxıstanın orta məktəb dərsliyində Azərbaycan musiqisi haqqında məlumat yer alıb
Astana, 7 aprel, АZƏRTAC
Qazaxıstanın orta məktəb dərsliyində Azərbaycan musiqisi, xalq çalğı alətləri və aşıq sənətindən bəhs olunub.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin tövsiyəsi ilə çap olunan V sinif “Musiqi” dərsliyində Azərbaycan aşıq sənəti, xalq çalğı alətlərindən saz, tar, kamança, nağara və qədim çalğı aləti çəqanə haqqında məlumat verilib. “Aşıq” və “dastan” sözləri xüsusilə izah olunub.
Dərsliyə Qəmbər Hüseynlinin Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” mahnısı da daxil edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana