Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazi Ramin Quliyev: Qələbənin dəyəri səngərdə hiss olunurdu

Füzuli 4 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Ordusunun hərbçisi Ramin Quliyevin döyüş yolu 2016-cı ilin Aprel döyüşlərindən başlayıb. Gənc yaşlarından hərbi formanı qürurla geyinən Ramin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aprel döyüşlərindən başlayan Zəfər Ramini bir əsgər kimi tək amal düşündürüb, Vətənin azadlığı uğrunda sonacan dayanmaq. Zamanla bu amal onun həyatının mənasına çevrilib. 2020-ci ildə başlayan 44 Günlük Zəfər yürüşündə və lokal xarakterli antiterror tədbirlərində də Ramin ön sıralarda yer alıb.

AZƏRTAC-ın bölgə müxbiri Vətən müharibəsi qazisi Ramin Quliyevlə həmsöhbət olub, onun döyüş yolu ilə bağlı xatirələrini qələmə alıb.

Quliyev Ramin Yurik oğlu 1986-cı ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olub. Atası hərbçi olan Ramin azyaşlı vaxtlarından vətənpərvər ruhda böyüyüb və gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. Ramin həqiqi hərbi xidmətə çağırış gəldiyi anı belə xatırlayır: "2005-ci il idi mənə çağırış gəldi. Xidmətə yollanırdım deyə sanki ən böyük arzum gerçəyə çevrilirdi. Həqiqi hərbi xidmətdə olarkən Vətən keşiyində dayanmağın necə şərəfli olduğunu anladım. Həqiqi hərbi xidmətimi bitirdikdən sonra bir müddət mülki işlərdə çalışsam da fikrim orduda xidmətdə qalmışdı. Daha sonra könüllü olaraq müraciət etdim və müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayandım. 2016-cı il Aprel döyüşləri zamanı da cəbhədə idim. Həmin Zəfər bizə daha böyük ruh yüksəkliyi verdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu öz qüdrətini, gücünü göstərdi və döyüşlər qələbəmizlə başa çatdı. Xidmətimi davam etdirsəm də səhhətimlə bağlı bir müddət sonra ordudan tərxis olundum. Amma yenə də fikrim xidmətə qayıtmaq idi. 2017-ci ildə mən tərxis olsam da qardaşım Elvin Aprel döyüşlərindən sonra müddətdən artıq qulluqçu olaraq Vətən keşiyində dayandı. Bu mənim üçün qürur hissi verirdi ki, mən olmasam da atamın yolunu qardaşım davam etdirir. Bir neçə il sonra səhhətim tam normallaşdıqda yenidən ordu sıralarında xidmətə başladım. 2020-ci il Vətən müharibəsində mən və qardaşım döyüşlərə qoşulduq".

Füzuli istiqamətində gedən ilk ağır döyüşlərdə Ramin və silahdaşları da ön cəbhədə olub. Taleh elə gətirib ki, Ramin və qardaşı Elvin Füzuli istiqamətində düşmən postlarının məhv edilməsində iştirak ediblər.

"2020-ci il sentyabrın 27-də ayrı-ayrı istiqamətlərdən döyüş əməliyyatlarına qatıldıq. Mən Füzuli rayonunun Abdurrəhmanlı istiqamətində, qardaşım isə Veysəlli istiqamətində döyüşürdü. Abdurrəhmanlı istiqamətində bütün postlar ələ keçirildi, 103, 104, 105 saylı ardıcıl postlar məhv edildi. 40 metrlik düşmən postu var idi, orada çox güclü mövqelənmişdilər və elə həmin postun alınması zamanı mühasirəyə düşdük. Bir neçə gün mühasirədə qalsaq belə təslim olmadıq, çünki qarşımızda bir amal var idi - torpaqları azad etmək. Belə də oldu. Digər bölmələrimizin dəstəyi ilə mühasirədən çıxaraq düşməni məhv etdik. Sonrakı döyüş tapşırıqlarımız Füzulinin digər kəndləri istiqamətində oldu. Sonradan isə Xocavənd istiqamətində döyüş tapşırığı aldıq. Taktiki gedişə uyğun olaraq, düşmən arxasına keçməklə kəşfiyyat məlumatları toplayıb və həmin məlumatlar əsasında hakim yüksəklikləri azad edərək ərazilərə nəzarəti daha da gücləndirdik. Tağlar və Tuğ kəndlərinin yuxarı hissəsində gərgin döyüşlərimiz oldu və həmin əraziləri də azad etdikdən sonra növbəti tapşırıq artıq Şuşanın azad edilməsi idi. Bir neçə istiqamətdən Şuşaya hücum planı hazırlanmışdı. Verilən tapşırığa uyğun olaraq Topxana meşəsi tərəfindən düşmən mövqelərini məhv etmək üçün döyüşlərə qoşulduq. Torpaqlarımızın hər qarışı azad ediləndə qələbənin dəyəri səngərdə hiss olunurdu. Yağış, soyuq, mərmi yağışı heç nə müzəffər ordumuzun iradəsini sındıra bilmədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu mütləq qələbə ilə Şuşanı da azad etdi".

Qələbədən sonra da Ramin və qardaşı Elvin xidmətlərini davam etdirib. Onlar komando birliyində xidmət etmək üçün kurslara qoşulub və uğurla keçərək komando mənsubu kimi Vətən keşiyində dayanıblar.

"Qalib ordu sıralarında xidmət etmək hər birimizə qürur və şərəf hissi verdi. Düşmən tərəfi məğlub olsa da hiyləgər əməllərindən geri qalmırdılar. 2023-cü il sentyabrın 19-da düşmən tərəfi növbəti dəfə təxribat törədəndə ordumuza lokal xarakterli antiterror əməliyyat tapşırığı gəldi. Həmin döyüşlərdə qardaşımla eyni tapşırığa qoşulduq. Bizim tapşırıq Xocavənd rayonunun Yemişcan kəndi ərazində yüksəkliyi azad etmək idi. Həmin istiqamətdə aparılan əməliyyatlar zamanı 40 dəqiqə ərzində biz yüksəkliyi azad etdik və qarşı tərəfin xüsusi təyinatlıları ilə yaxın məsafədə döyüşlərimiz oldu. Hətta əlbəyaxa da döyüşdük və qələbə qazandıq. Yüksəkliyi itirən düşmən tərəfi artilleriya atəşləri ilə müqavimət göstərməyə başladı. Buna baxmayaraq tapşırıq uğurla icra olundu. Məğlubiyyəti həzm edə bilməyən düşmən ağır artilleriyadan davamlı hücumlar edirdi. Həmin döyüş zamanı qardaşım Elvin şəhid oldu, mən isə ağır qəlpə yaraları aldım. Amma döyüşlər mütləq qələbəmizlə başa çatdı. Qardaşım Elvin və digər silahdaş qardaşlarımın şəhid olduğu an mənim üçün həm ağrılı, həm də qürurlu idi. Mən və digər döyüşçü yoldaşlarım yaralansaq da döyüş meydanını tərk etmədik, qardaşlarımızla başlatdığımız mübarizəni sona qədər davam etdirdik. Həmin gün digər ərazilər kimi Yemişcan yüksəkliyinin də azad edilməsi Azərbaycan əsgərinin iradəsini, birliyini və qəhrəmanlığını göstərdi. Bir daha anladım ki, ordumuzun döyüş yolu, şəhid qardaşlarımın fədakarlığı, Vətənə sədaqəti Azərbaycan gəncliyi üçün örnəkdir. Bu gün torpaqlarımız azaddır, şəhidlərimizin ruhu şaddır, artıq azad olunan ərazilərdə həyat yenidən canlanıb, sakinlər doğma yurduna qovuşub və inanıram ki, bizim qələbəmiz əbədi və sarsılmazdır".

Qeyd edək ki, Qazi Quliyev Ramin Yurik oğlu döyüşlərdə göstərdiyi şücaətə görə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

Ramin Quliyevin qardaşı Nadirli Elvin Yurik oğlu isə 44 günlük Vətən müharibəsində şücaətə görə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə, lokal xarakterli antiterror tədbirlərində göstərdiyi şücaətə görə isə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub