QDİƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
Bakı, 14 mart, AZƏRTAC
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə sechki-2018.az saytına açıqlamasında QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev məlumat verib.
Baş katib qeyd edib ki, müşahidə missiyasının tərkibinə təşkilata üzv ölkələrin deputatları daxil ediləcək.
Azərbaycandakı seçkiöncəsi mühitdən danışan A.Hacıyev deyib: “Azərbaycanın seçki təcrübəsi və ölkədəki seçki mühiti qənaətbəxşdir. Hər bir ölkənin öz tarixi yolu, ənənələri var. Azərbaycanın da özünün demokratik prinsiplərə söykənən seçki ənənələri mövcuddur. Bütün proses qanun çərçivəsində aparılır. Hesab edirəm ki, 11 aprel seçkiləri demokratik normalar çərçivəsində baş tutacaq. Azərbaycanın şəffaf və ədalətli seçki keçirməyə imkan verən qanunvericiliyi var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]