“Qəbələ” klubu bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin Antalya toplanışındakı ilk rəqibi Polşa təmsilçisi “Zaqlembe” olacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/1991-ci və 2006/2007-ci il mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/2017-ci il mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında üçüncü təsnifat mərhələsinə qədər irəliləyib.
Qeyd edək ki, “Qəbələ” yanvarın 21-də “Borets” (Şimali Makedoniya), üç gün sonra isə “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]