Azərbaycan Dövlət İnformasiya Agentliyi

QƏBƏLƏ RAYONU İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI TOFİQ İBRAHİMOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Azərbaycanın qədim və gözəl güşəsi olan Qəbələ torpağında Sizi bir daha ürəkdən salamlayıram.

Cənab Prezident, Siz rayonumuza gəlişinizlə bizə şərəf verdiniz və bunu qəbələlilərə olan məhəbbətiniz və qayğınız kimi qiymətləndiririk.

Bütün Azərbaycanda olduğu kimi, Qəbələ rayonunda da əsil tərəqqi və inkişaf ulu öndərimiz, həmişə qəlbimizdə yaşayacaq ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Əldə edilən bütün nailiyyətlər dahi şəxsiyyətin vaxtilə Azərbaycana, o cümlədən Qəbələyə göstərdiyi diqqətin və qayğının nəticəsində mümkün olmuşdur.

Heydər Əliyev Azərbaycanın bu günlərini hələ o zaman görürdü və Azərbaycanı bu günlər üçün qururdu. 1969-1982-ci illərdə, tarix baxımından qısa bir vaxt ərzində bütövlükdə respublikada, o cümlədən Qəbələdə bir sıra obyektlər, zavodlar, fabriklər yaradıldı. Həmin illərdə Qəbələ qabaqcıl kənd təsərrüfatı rayonuna çevrildi. Rayonda taxıl, tütün, meyvəçilik, heyvandarlıq məhsulları istehsalı 4-5 dəfə artdı.

Həmin dövrdə Qəbələ rayonunda iki konserv zavodu, istehsal gücü 10 min ton olan tütün fermentləmə zavodu, üzümün ilkin emalı zavodu, broyler fabriki, 3 min başlıq düyəyetişdirmə birliyi, 800 başlıq südçülük kompleksi, 3 min başlıq kökəltmə birliyi, 11 mexanikləşdirilmiş ferma, məktəblər, uşaq bağçaları, yaşayış evləri, 108 yerlik mehmanxana, inzibati binalar, 450 yerlik turist kompleksi, istirahət zonası, 500 yerlik mədəniyyət evi, stadion, ticarət və məişət obyektləri, radio-elektron zavodu və s. obyektlər tikilib istifadəyə verilmiş, 5 min hektar üzüm plantasiyası salınmışdı.

Bütün bunlarla yanaşı, ümummilli liderimizin Qəbələnin tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasında da böyük xidmətləri olmuşdur. 1977-ci ildə SSRİ Silahlı Qüvvələri rayonda baza tikərkən qədim Qəbələ şəhərinin qalıqlarını dağıtmağa başladılar. Ümummilli liderimiz bu hadisənin qarşısını aldı. 1978-ci il yanvarın 17-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunda Qəbələ rayonunda tarix və mədəniyyət abidələrinə səhlənkar münasibət haqqında məsələ müzakirə edildi. Qədim Qəbələ şəhərinin qalıqlarını dağıtmaq istəyənlər cəzalandırıldı. Məhz Heydər Əliyevin göstərişi ilə 1978-ci il martın 17-də Azərbaycan SSR Nazirlər Soveti “Qəbələ Tarix və Mədəniyyət Qoruğunun yaradılması haqqında” qərar qəbul etdi. Bu qərar Qəbələnin tarixi abidələrinin qorunmasında çox böyük əhəmiyyəti olan tarixi sənəddir. Hazırda istifadə etdiyimiz Bakı- İsmayıllı-Qəbələ avtomobil yolu da məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında çəkilmişdir.

Cənab Prezident, çox şükürlər olsun ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasi və iqtisadi xətti Siz layiqincə və uğurla davam etdirirsiniz. Siz ulu öndər Heydər Əliyevin başladığı və xeyli hissəsini həyata keçirdiyi dövlət quruculuğu məsələlərini bu gün ardıcıllıqla reallığa çevirirsiniz.

Möhtərəm Prezidentimiz!

Siz Heydər Əliyev yoluna sadiqliyinizi nümayiş etdirərək, təkcə mərkəzin yox, regionların da inkişafının qayğısına qalırsınız. 2004-cü il fevralın 11-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramını (2004-2008-ci illər)” təsdiq etdiniz və bu, bütün bölgələrin sürətli inkişafına səbəb oldu.

Heydər Əliyevin başladığı və cənab Prezident, Sizin müvəffəqiyyətlə davam etdirdiyiniz quruculuq siyasəti Qəbələdə də uğurla həyata keçirilir. Sosial-iqtisadi inkişaf proqramının qəbul olunduğu vaxtdan keçən müddət ərzində Qəbələdə xeyli tikinti-abadlıq işləri görülmüş, yollar asfaltlaşdırılmış, məktəblər, uşaq bağçaları, xəstəxanalar, sənaye və kənd təsərrüfatı məhsulları emalı müəssisələri və digər obyektlər tikilmiş, əsaslı təmir edilmiş, yeni iş yerləri açılmışdır.

O bildirdi ki, 2004-2008-ci illərdə görüləcək tədbirlər çərçivəsində Qəbələdə 7 min yeni iş yerinin açılması nəzərdə tutulur. İndiyədək görülmüş işlər nəticəsində 2074 yeni iş yeri açılmış, 3335 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Keçən müddət ərzində rayonda makaron fabriki, 3 qum-çınqıl zavodu, fındıq emalı, asfalt, beton, çörək zavodları tikilmiş, şəhərə içməli su kəməri çəkilmiş, hər birinin uzunluğu 12-13 kilometr olan 2 suvarma kanalı çəkilmiş, quşçuluq fabriki, ferma kompleksi inşa olunmuş, körpülər salınmış, “Aqrotexservis” yaradılmış, 100-dən artıq artezian quyusu qazılmış, kəndlərimizə yeni qaz xətləri çəkilmişdir. Xalça sexi yaradılmış, kəndlərdə yeni ATS və poçt binaları tikilmiş, Tarix-diyarşünaslıq muzeyi təmir edilmiş, yeni binaya köçürülmüşdür. Tarixi Cümə məscidi bərpa olunmuş, səhiyyə, təhsil obyektləri təmir edilmiş, yeni avadanlıq və inventarla təmin olunmuşdur. Ulu öndər Heydər Əliyevin abidəsi qoyulmuş, Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərimizin şərəfinə ucaldılmış abidə, İsmayıl bəy Qutqaşınlının abidəsi bərpa edilmiş, Heydər Əliyev adına park salınmış, yollar asfaltlanmış və işıqlandırılmış, ticarət-ictimai iaşə obyektləri, inzibati binalar tikilmişdir. Kənd təsərrüfatının bütün sahələrində artım müşahidə olunur. Hazırda konserv zavodunun, spirtsiz içkilər zavodunun, körpülərin, sel sularından qorunmaq üçün sahilbərkitmə bəndlərinin, 480 yerlik Nohurqışlaq məktəbinin, Heydər Əliyev muzeyinin, Heydər Əliyev Fondu tərəfindən 2 məktəbin, kərpic zavodunun tikintisi davam edir, yeni istirahət parkı salınır, kəndlərimizə qaz kəmərləri çəkilir.

Cənab Prezident!

Məlumat üçün deyim ki, vaxtilə Heydər Əliyevin təşəbbüs qaldırdığı Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi işinə də başlanması üçün kəşfiyyat işləri aparılır. Yaxın vaxtlarda Qəmərvan istisu sanatoriyasının, Nohurgöl turizm kompleksinin, ət-süd emalı müəssisəsinin, mebel fabrikinin, əlil və şəhid ailələri üçün evlərin, Heydər Əliyev Fondu tərəfindən 2 məktəbin və s. obyektlərin tikintisinə başlanılacaqdır.

Görülən bütün işlər ancaq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu möhkəm dövlətçilik siyasəti və möhtərəm cənab Prezidentimiz, bu siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur.

Tofiq İbrahimov Qəbələ haqqında dediyi xoş sözlərə görə dövlətimizin başçısına bütün qəbələlilər adından bir daha təşəkkür etdi, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin qətiyyətli davamçısı olan Prezidentin ətrafında daha sıx birləşəcəklərini və onun qarşıya qoyduğu tarixi vəzifələrin həyata keçirilməsində səylərini əsirgəməyəcəklərini söylədi.

İLHAM ƏLİYEV: Sağ olun.

Mən dünən burada, Qəbələdə müəssisələrlə tanış olurdum. Gördüm ki, aqroservis yaradılıb və bu, özəl bir qurumdur. İndi bu məsələ çox vacibdir. Biz “Aqrolizinq”in xətti ilə də texnikanın alınmasını təmin edirik, amma eyni zamanda, özəl qurumlar da aqroservis yaradırlarsa, deməli, buna tələbat böyükdür. Siz bu bölgədə “Aqrolizinq”in bazasının yaradılması üçün nə kimi işlər görürsünüz?

İSMƏT ABASOV (kənd təsərrüfatı naziri): Cənab Prezident, regionların sosial-iqtisadi inkişafı proqramında bütün bölgələrdə özəl aqrotexservislərin yaradılması nəzərdə tutulmuşdur. O cümlədən də bu günlər səfərdə olduğunuz rayonlarda. Bu region üçün isə “Aqrolizinq” Səhmdar Cəmiyyətinin Şəki rayonunda mərkəzi bazasının təşkili nəzərdə tutulubdur. Ancaq ətraf rayonlar üçün Şəkidən başqa, Şamaxı rayonunda da mütləq “Aqrolizinq”in bazası olmalıdır.

İLHAM ƏLİYEV: Bu, təxminən nə vaxt yaradılacaqdır?

İSMƏT ABASOV: Cənab Prezident, müsabiqədə qalib gələn şirkətlər tərəfindən vəsaitlər artıq ödənilmişdir. Yaxın bir-iki ay müddətində texnika gətiriləcəkdir. Bir-iki ay ona görə deyirəm ki, texnikanın gətiriləcəyi əsas ölkə Çin Xalq Respublikasıdır. Mənə belə bir məlumat verdilər ki, Belarus-Azərbaycan birgə müəssisəsi guya Kənd Təsərrüfatı Nazirliyinin, o cümlədən “Aqrolizinq”in keçirdiyi müsabiqədə iştirak edibdir. Guya onların təklif etdiyi qiymət aşağı olubdur. Ancaq həqiqətdə belə olmamışdır. Əgər icazə versəniz, necə olduğunu deyərdim.

İLHAM ƏLİYEV: Deyin.

İSMƏT ABASOV: Belarus-Azərbaycan birgə müəssisəsi müsabiqədə 3 lot üzrə iştirak edirdi. “Aqrolizinq” Səhmdar Cəmiyyəti 4 lot üzrə müsabiqə keçirmişdir. Birinci lot kombayınların, ikinci lot traktorların, üçüncü lot kənd təsərrüfatı texnikasının, dördüncü lot mini texnikanın alınması barədə idi. Bu “Aqrotexservis” üç lotda, yəni ikinci, üçüncü, dördüncü lotlarda iştirak etmişdir. Müsabiqədə qalib gəlmiş şirkətin təklif etdiyi qiymət “Aqrotexservis”lə müqayisədə 860 min ABŞ dolları aşağı olmuşdur və bunun hesabına qalib gəlmişdir. Yəni “Aqrotexservis”in, Belarus-Azərbaycan birgə müəssisəsinin gətirdiyi texnikanın, traktorların qiyməti qalib gələn şirkətin təklif etdiyindən təxminən 8,6 faiz bahadır.

İLHAM ƏLİYEV: Yaxşı, əyləşin.

Bu işlər gərək tezliklə öz həllini tapsın. Çünki kənd təsərrüfatı ilə məşğul olanların ən böyük problemi texnikanın olmaması, yaxud nasaz vəziyyətdə olması, bir də gübrənin olmamasıdır. Biz bu məsələlərlə məşğuluq. Mən göstərişlər verdim ki, gübrənin alınmasına da vəsait ayrılsın.

Mən qeyd etdim ki, indi Qəbələ rayonunda inkişaf gedir, müəssisələr yaranır və yeni iş yerləri açılır.

Prezident rayonda narahatlıq doğuran məsələlərin olub-olmaması ilə də maraqlandı.

TOFİQ İBRAHİMOV gübrələrin çatışmadığı və toxumçuluq təsərrüfatlarının az olması barədə məlumat verdi, Qəmərvan və Dizarxlı kəndləri camaatının torpaq problemlərindən də söhbət açdı.

Prezident İlham Əliyev bu məsələlərə baxılacağını bildirdi.

İsmayıllı rayonu icra hakimiyyətinin başçısı Rövşən Sadıxov çıxışında qədim İsmayıllı diyarının məhz Heydər Əliyevin buraya səfərlərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söylədi, ümummilli liderimizin vaxtilə dediyi “İsmayıllı respublikamızın ərazisində təbiətinə, iqliminə, torpağına görə gözəl guşələrdən biridir və böyük tarixə, böyük ənənələrə malik bir rayondur. İsmayıllı sakinləri həmişə zəhmətsevər olub” sözlərini xatırlatdı. O dedi ki, bu gün İsmayıllıda gördüyümüz binaların, yolların, körpülərin böyük əksəriyyəti Heydər Əliyevin yadigarıdır, onların bəzilərinin açılışında isə şəxsən özü iştirak etmişdir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, özünəməxsusluğunu min illər boyu qoruyub saxlamış gözəl Lahıca məhz onun göstərişi ilə çətin şəraitdə cəmi bir il ərzində yol çəkilmişdir. İndi Lahıc dünyanın hər yerindən gələn qonaqları valeh edir.

Möhtərəm Prezident!

Respublikamızın hər bir bölgəsi kimi, İsmayıllı rayonu da Sizin Fərmanınızla qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə qoşulmuşdur. Bu il rayonda 71,5 min ton taxıl istehsal edilmişdir. Bu da daxili tələbatın tam ödənilməsi deməkdir. Müqayisə üçün bildirim ki, 1995-ci ildə rayonda cəmi 30,5 min ton taxıl yığılmışdı.

Heyvandarlıqda da artım özünü göstərir. Hazırda rayonda 51627 baş qaramal, 176893 baş davar var. Son 10 ildə qaramalın sayı 10862 baş, davarın sayı 54557 baş artmışdır. Cari ilin 7 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5 ton, süd istehsalı 80 ton, yun istehsalı 3 ton, yumurta istehsalı 107 min ədəd çoxalmışdır. Yeddi ayda ötən ilin müvafiq dövrünə nisbətən 103 ton çox kartof, 423 ton tərəvəz istehsal olunmuşdur. Hazırda həmin məhsulların yığımı davam edir.

Torpaqların istifadəsinin səmərəliliyini artırmaq məqsədi ilə üzümçülüyün inkişafına da diqqət yetiririk. Son vaxtlar 290 hektarda yeni üzüm bağları salınmışdır. Daha 141 hektarda hazırlıq işləri gedir. Məqsədimiz İsmayıllı üçün ənənəvi olan üzümçülüyün geniş inkişafına nail olmaqdır.

Fəaliyyəti dayanmış müəssisələrin bərpasına başlanmışdır. İsmayıllı quşçuluq fabriki, 1 nömrəli şərab müəssisəsi, qədim sənətkarlıq növlərinin bərpasına yönəldilmiş İsmayıllı və Qalaçıq xalça sexləri fəaliyyətdədir. Qısa müddətdə kərpic və asfalt zavodlarının, ət-süd səhmdar cəmiyyətinin fəaliyyəti bərpa olunmuşdur.

İcra hakimiyyətinin başçısı Dövlət proqramına uyğun olaraq, turizm sahəsində də müəyyən işlər görüldüyünü, gələcəkdə bu sahəyə diqqətin daha da artırılacağını bildirdi, respublikamızda olduğu kimi, İsmayıllıda da Milli Olimpiya Komitəsinin qayğısı nəticəsində əldə olunmuş uğurlardan həvəslənərək, gənclərin idmana meylinin gücləndiyini vurğuladı.

Rövşən Sadıxov daha sonra dedi ki, Dövlət proqramına uyğun olaraq, son zamanlar İsmayıllı rayonunda 5 yeni məktəb tikilmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən Tircan, Bizlan və Əhən kəndlərində məktəb binaları inşa olunur.

Rayonun elektrik enerjisi və qazla təchizatında əsaslı irəliləyiş var. Ciddi problemlərdən olan su təminatını həll etmək üçün layihə hazırlanır və bu məsələ dövlət tərəfindən gələn ilin proqramına salınmışdır.

Cənab Prezident, bütün bu göstərilən diqqət və qayğıya, respublikanın hər bir bölgəsində gedən abadlıq işlərinə, minlərlə açılan yeni iş yerlərinə, gündən-günə artan rifaha, respublikamızda hökm sürən sabitlik və əmin-amanlığa, xalqa olan dərin məhəbbətinizə görə İsmayıllı əhalisi Sizə dərin minnətdarlığını bildirir.

X X X

İLHAM ƏLİYEV: Mən bu gün gördüm, yeni küçələr, parklar salınır, parkın maketi də mənə göstərildi. Əgər orada göstərilən bütün tikililər öz həllini taparsa, doğurdan da bu, bizim ölkəmizdə ən gözəl parklardan biri olacaqdır. Əlbəttə, turizm infrastrukturundan gərək səmərəli istifadə edəsiniz. Bu gün tanış olduğum turizm obyekti də çox müasir infrastrukturdur və bu gözəl təbiətin imkanlarından gərək daha da səmərəli istifadə olunsun. Ümumiyyətlə, keçmişdə bu sahə Azərbaycanda o qədər də inkişaf etməmişdir. Baxmayaraq ki, bizim çox gözəl, səfalı yerlərimiz var, hətta Sovet İttifaqı zamanında da Azərbaycana o qədər də çox turist gəlmirdi. Sovet İttifaqı dağılandan sonra isə Azərbaycanın üzləşdiyi problemlər imkan vermirdi ki, bu məsələyə ciddi diqqət göstərilsin. O cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təsiri də oldu. Çünki bir ölkədə ki, müharibə gedir, əlbəttə, orada böyük turist axını gözləmək çətindir. Amma indi Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür, ictimai asayiş qorunub saxlanılır, iqtisadi inkişaf var. Yeni infrastruktur yaradılır, yollar çəkilir, elektrik stansiyaları tikilir, qaz təchizatı, su təchizatı qaydaya salınır və belə olan halda, əlbəttə, turizmin inkişafı daha da sürətlə gedə bilər. Çünki turizmi, sadəcə olaraq, turizm obyektləri yaratmaqla inkişaf etdirmək düzgün deyildir. Əgər yol yoxdursa, elektrik enerjisi yoxdursa, su yoxdursa, başqa lazım olan infrastruktur yoxdursa, lap hər bir rayonda beşulduzlu hotel tik, onun səmərəsi olmayacaqdır. Amma bir halda ki, bütün bu ilkin hazırlıq işləri görülübdür, indi turizmin inkişafına böyük təkan verilməlidir. Həm bizim ölkəmizi daha da çox tanıyacaqlar, həm də yeni infrastruktur layihələri həyata keçiriləcək, insanlar xidmət sektorunda işləyəcək, yaxşı maaş alacaqlar və hər bir bölgənin inkişafına bunun gözəl təsiri olacaqdır. Mən bilirəm sizin bu istiqamətdə planlarınız var. Bu bölgə, ümumiyyətlə, turizm üçün çox əlverişlidir və bu, gərək planlı şəkildə inkişaf etsin.

X X X

Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı KAMİL RƏHİMOV rayonun sosial-iqtisadi inkişafının yaxşılaşdırılması sahəsində görülən işlərdən ətraflı danışaraq dedi ki, möhtərəm cənab Prezident, dünən Oğuz rayonunun tarixində böyük əlamətdar hadisə baş vermişdir. İlk dəfə olaraq respublikanın rəhbəri rayonumuza gəlmiş, oğuzlularla görüşmüş, həyata keçirilən tədbirlərlə, görülən işlərlə tanış olmuş, rayonun gələcək inkişafı üçün tövsiyələrini vermişdir. Bu səfər rayon əhalisində böyük sevinc, bayram əhval-ruhiyyəsi yaratmışdır.

Zəngin, bənzərsiz təbiəti, əməksevər insanları ilə bu qədim diyara qədəm qoyan hər bir qonağın diqqətini cəlb edən Oğuz rayonu Böyük Qafqazın cənub yamacında yerləşir. 1930-cu ildə yaradılmış Oğuz rayonunun ərazisi 121613 hektardır.

Müxtəlif millətlərin yaşadığı rayonun əhalisi 39096 nəfərdir. Bunların 31786 nəfərini azərbaycanlılar, 5587 nəfərini ləzgilər, 1072 nəfərini türklər, 179 nəfərini yəhudilər, 120 nəfərini udilər və başqa millətlərin nümayəndələri təşkil edir. Doğma torpaqlarından zorla qovulmuş 2771 məcburi köçkün Oğuzda məskunlaşmışdır.

Rayonda aparılan aqrar islahat nəticəsində torpaqların 20779 hektarı xüsusi mülkiyyətə, 19756 hektarı bələdiyyə mülkiyyətinə verilmişdir. 9435 ailə torpaq payı almışdır.

Oğuz rayonunda 1 şəhər, 14 kənd icra nümayəndəliyi, 31 bələdiyyə fəaliyyət göstərir. 33 ümumtəhsil məktəbində 1093 müəllim 9130 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Rayonda 4 mədəniyyət evi, 25 klub, 31 kitabxana, 6 xəstəxana, poliklinika və başqa xidmət təşkilatları var.

Rayon iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, meyvəçilik və başqa sahələr təşkil edir. Taxıl biçini müvəffəqiyyətlə başa çatmışdır. Bu mövsümdə 15035 hektar payızlıq taxıl sahəsində biçin aparılmış, 29379 ton məhsul əldə edilmişdir. Kartof, tərəvəz, meyvə istehsalı, mal-qaranın sayı xeyli artmışdır. Rayonda yüzlərlə iş yeri açılmış, Oğuz şəhərinin 4 küçəsi abadlaşdırılmış, kredit yarmarkası keçirilərək, sahibkarlara güzəştli kreditlər verilmiş, yeni emal müəssisələrinin yaradılması üçün tədbirlər görülmüşdür. 2003-cü ildə Heydər Əliyev adına park istifadəyə verilmişdir. Park 3500 kvadratmetr sahəni əhatə edir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının oğuzlular tərəfindən böyük rəğbətlə qarşılandığını bildirən natiq ötən il Bakı fındıq emalı müəssisəsi tərəfindən rayonda illik istehsal gücü 2 min ton olan fındıq zavodunun tikilib istifadəyə verildiyini, burada 50 nəfərin işlə təmin olunduğunu söylədi. O dedi ki, əvvəllər şirə zavodu kimi fəaliyyət göstərmiş müəssisə bu ilin yanvar ayında özəlləşdirilmiş, 20 nəfər işlə təmin olunmuşdur, gələcəkdə burada daha 30 iş yeri açılacaqdır. Zavod bu il 80-100 min şərti banka zoğal, göyəm, nar, alma, çaytikanı şirəsi istehsal edəcəkdir.

Rayonda 2005-ci il iyun ayından Heydər Əliyev Fondunun vəsaiti hesabına 4 məktəb binasının tikintisinə başlanmışdır. Məktəblərin tikintisində 100 nəfərə yaxın adam işləyir. Malıx yaşayış məntəqəsində 60 şagirdlik məktəb tikilib istifadəyə verilmişdir. Yaqublu kənd orta məktəbinin yeni binasının tikintisində işlər davam etdirilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 12 mənzilli yaşayış binası istifadəyə verilmiş, sakinlərə möhtərəm Prezidentimizin iştirakı ilə təntənəli şəkildə mənzillərin orderləri təqdim edilmişdir. Bu, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün unudulmaz bir gün idi.

Asfalt zavodu təmir edilərək yenidən işə salınmışdır. Rayonun Xaçmaz kəndinə su kəməri çəkilişində son tamamlama işləri aparılır. Padar, Bucaq və Bayan kəndlərinə qaz xətti çəkilişi ilə əlaqədar ilkin sənədləşdirmə işləri başa çatdırılmışdır. Rayonun qaz təminatının yaxşılaşdırılması üçün profilaktik işlər görülmüş, daxili imkanlar hesabına 500 metr yeni xətt çəkilmişdir.

Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tədbirlər planı hazırlanmış və onun həyata keçirilməsinə başlanmışdır. 2004-2008-ci illərdə rayonda 2400 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. İndiyədək 1374 yeni iş yeri açılmışdır. Bütün bu görülən işlərin əsasını ulu öndərimiz Heydər Əliyevin həmişəyaşar ideyaları təşkil edir.

Sonra Kamil Rəhimov rayon üçün böyük əhəmiyyəti olan bir sıra məsələlərin həllində respublika təşkilatlarının köməyinə ehtiyac olduğunu vurğuladı. O dedi ki, Yevlax-Oğuz avtomobil yolunun 12 kilometrinin investisiya hesabına müasir tələblər səviyyəsində təmir edilməsinin rayon iqtisadiyyatının, eyni zamanda turizmin inkişafına böyük köməyi olardı.

Rayonumuzun gənclərinin idmana böyük həvəsi, marağı var. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş idman kompleksinin tikintisinin 2006-cı ilin dövlət büdcəsinə daxil edilməsi gənclərimizin böyük arzusudur.

800 nəfər əhalisi olan Filfili kəndinin körpüsü 1998-ci ildə təbii fəlakət nəticəsində dağılmışdır. Nəticədə kəndin digər yaşayış məntəqələri ilə əlaqəsində ciddi problemlər yaranmışdır. Bu məsələlərin həllinə kömək göstərməyinizi Sizdən xahiş edirik.

Cənab Prezident, bütün oğuzlular inanır ki, Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirməyiniz ölkəmizin möhkəmlənməsinə və iqtisadi qüdrətinin artmasına, xalqımızın rifah halının daha da yaxşılaşmasına, gənc nəslin dövlətimizə, xalqımıza məhəbbət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir. Bütün bu işlərdə oğuzlular Sizi daim dəstəkləyəcəklər.

İLHAM ƏLİYEV: Oğuzda həm kənd təsərrüfatının, həm də turizmin inkişafı üçün də gözəl şərait var. Əlbəttə, mövcud olan problemlər də öz həllini tapmalıdır. Mən bayaq qeyd etdim ki, bizim maddi imkanlarımız artır. Gələn ilin büdcəsi həm sosialyönümlü olacaq, eyni zamanda investisiyayönümlü büdcə olacaqdır. Demək olar ki, tariximizdə ilk dəfə böyük həcmdə daxili investisiya qoyuluşu nəzərdə tutulur. İlk növbədə infrastruktur layihələrinə, yolların salınmasına və Azərbaycanın əsas ehtiyaclarının ödənilməsinə vəsait ayrılacaqdır. Ona görə, indi mən hökumət qarşısında vəzifə qoymuşam ki, büdcənin ilkin parametrləri təqdim olunsun. Siz də öz təkliflərinizi Nazirlər Kabinetinə verin. İmkan daxilində bu məsələlər büdcəyə salınmalıdır.

Azərbaycanda uzun illərdir ki, yol təsərrüfatına investisiya qoyulmurdu. Səbəb də o idi ki, imkan yox idi. Bizim büdcəmiz buna imkan vermirdi. Büdcənin əsas hissəsi, demək olar ki, 80-90 faizi ancaq sosial məsələlərə - maaşlara, pensiyalara, digər sosial ödəmələrə yönəlmişdi. İnvestisiya qoyuluşu isə çox az idi. Biz bu il bunu artırdıq. Amma gələn il daha da böyük həcmdə artıracağıq. Çünki gələn ilin büdcəsi bu ilin büdcəsindən ən azı 1 milyard dollar çox olacaqdır. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir, çox böyük artımdır və Azərbaycanda son illər ərzində aparılmış iqtisadi islahatların nəticəsidir. Bu islahatlar 1990-cı illərin ortalarından həyata keçirilməyə başladı və biz onların nəticəsini bu gün görürük.

Əlbəttə, hər bir rayonun, kəndin problemi də öz həllini tapmalıdır. Ona görə siz bu məsələlərlə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edin və büdcə formalaşanda biz çalışarıq ki, bunları nəzərə alaq.

X X X

Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı NATİQ MƏMMƏDOV da öz çıxışında Prezidentin rəhbərliyi altında respublikamızın müxtəlif bölgələrində keçirilən müşavirələrin regionların sosial-iqtisadi inkişafına, xüsusilə mövcud problemlərin uğurlu həllinə hərtərəfli yol açdığını, indiki tədbirin də bölgənin inkişafına bir daha əsaslı təsir göstərəcəyini böyük razılıq hissi ilə vurğuladı. O dedi ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Şamaxı rayonunun tərəqqisi xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır.

Cənab Prezidentin böyük diqqət və qayğısı sayəsində artıq Şamaxı rayonu dinamik inkişaf yoluna çıxmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Şamaxı rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlərin uğurla həyata keçirilməsi əsasən təmin edilmişdir. Belə ki, 2004-cü ilin yekunlarına görə, rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 5 faiz artmışdır. Son vaxtlar heyvandarlıq və taxılçılıqla yanaşı, Şamaxı üçün ənənəvi və gəlirli sahə hesab olunan üzümçülüyə və şərabçılğa münasibətin də dəyişməsi açıq-aydın hiss edilir. Yeni üzümlüklər salınır, təzə mini şərab zavodları quraşdırılır. Rayonun iqtisadiyyatında sənayenin xüsusi çəkisinin artması, müasir müəssisələrin yaradılması regionlara göstərilən qayğının bəhrəsi kimi qiymətləndirilməlidir. 2004-cü ildə rayon üzrə sənaye məhsulu istehsalı 16,6 faiz, ümumi məhsul buraxılışı 31 faiz artmışdır. Daha sevindirici fakt isə budur ki, 2004-cü ildə rayonda investisiya qoyuluşu 52,5 milyard manat təşkil etmişdir ki, bu da əvvəlki ildən 11 dəfə çoxdur. Bu artım tempi cari ilin ötən ayları ərzində də saxlanılmışdır. Ümumiyyətlə, son dövrlərdə Şamaxı rayonunda 33 min 465 iş yeri açılmışdır ki, bunun da yarıdan çoxu daimi iş yerləridir. 2005-ci ilin birinci yarısında 1952 yeni iş yeri yaradılmışdır. Dövlət proqramının icrasına başlanandan sonra fiziki və hüquqi şəxs qismində aqrar sahədə 819, sənaye sahəsində 29, xidmət sahəsində 615 özəl qurum yaradılmışdır. Cari ilin ötən ayları ərzində rayon mərkəzində “Azəriqazbank”ın və “Rabitəbank”ın filialları, habelə Şamaxı İnformasiya Turizm Mərkəzi üçün ayrılmış binalar əsaslı təmir edilmişdir.

İcra hakimiyyətinin başçısı rayonda sahibkarların daha səmərəli fəaliyyət göstərmələri üçün də hər cür şərait yaradıldığını söyləyərək, sahibkarlığın inkişafına kömək məqsədi ilə keçən il 548 milyon manatlıq kredit verildiyini, bu ilin aprelində Şamaxıda keçirilən kredit yarmarkasında bir nəfər sahibkara 480 milyon manat kredit ayrıldığını xatırlatdı.

O daha sonra dedi:

- Hörmətli cənab Prezident, Şamaxı şəhərinin abadlaşdırılması, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində də xeyli işlər görülmüşdür və bu, rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır. Ötən ilyarım ərzində Şamaxıda xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli abidəsi ucaldılmış, ulu öndərimizin, dahi Azərbaycan şairləri İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin adlarını daşıyan müasir parklar salınmışdır. Şəhərin yuxarı hissəsində Xaqaninin heykəli ucaldılacaqdır. Cari ilin birinci yarısında bir çox küçələrə asfalt döşənmişdir. Şəhriyar qəsəbəsinə gedən yol və qəsəbənin mərkəzi küçəsi də asfaltlanmışdır.

Prezidentin tapşırığına əsasən kənddaxili yollarda da təmir işlərinin aparıldığını söyləyən natiq bildirdi ki, ötən il Şamaxı rayonunun Həmyəli kənd məktəbi üçün yeni bina inşa edilmiş, Şəhriyar qəsəbə və Nüydü kənd məktəblərinin binaları əsaslı təmir olunmuşdur. Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonda Heydər Əliyev Fondu tərəfindən 4 yeni məktəb binası tikilir. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın köməyi ilə Şamaxı şəhərindəki internat məktəbinin binası əsaslı təmir edilmiş, sinif otaqları lazımi avadanlıqla təmin olunmuşdur. Məktəbin hazırda məcburi köçkünlərin məskunlaşdığı yataqxanası da əsaslı təmir edilmiş və gənc məcburi köçkün ailələri üçün nəzərdə tutulmuş 16 mənzilli binanın tikintisinə başlanmışdır və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Cənab Prezident, fürsətdən istifadə edərək, bu qayğıya görə Sizə və Heydər Əliyev Fondunun rəhbərliyinə Şamaxı rayonunun sakinləri adından öz minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, Sizin Şamaxı rayonuna tarixi səfərinizdən təxminən 4 ay ötür. Ancaq biz hələ də Sizinlə keçirdiyimiz səmimi və səmərəli görüşlərin təsiri altında yaşayır və işləyirik. Səfər zamanı verdiyiniz tapşırıq və tövsiyələrin layiqincə yerinə yetirilməsi üçün əlimizdən gələni edir, bütün imkanlardan maksimum bəhrələnirik. Məlumat üçün bildirim ki, Sizin göstərişinizə əsasən, tikintisinə başlanan Pirsaat körpüsünün inşası başa çatmaqdadır. Bununla da həmin körpüdən istifadə edəcək kəndlərin 3500 nəfərdən çox əhalisinin arzusu reallığa çevriləcəkdir. Biz eyni zamanda Sizin xeyir-duanızla, Şamaxıda televizor istehsalı zavodundan sonra maşınqayırma və məişət texnikası zavodlarının da təməlini qoymuşuq və hazırda tikinti gedir. Şamaxıda yeni xalça-trikotaj fabriki tikilib və bu yaxınlarda istifadəyə veriləcəkdir. Müəssisə yüz nəfəri işlə təmin edəcəkdir. Həmin müəssisələrin açılış mərasimində bir daha Sizinlə görüşmək şərəfini yaşamaq istərdik.

Dövlət proqramının qəbulundan sonra respublikamızın hər yerində olduğu kimi, Şamaxıda da xeyli nəzərəçarpacaq işlərin görülməsini Prezidentin regionlara göstərdiyi gündəlik qayğının və diqqətin nəticəsi kimi dəyərləndirən Natiq Məmmədov bəzi problemlərdən də söhbət açdı. O, Şamaxı-Pirqulu yolunun əsaslı təmirinə ehtiyac olduğunu xüsusi vurğulayaraq dedi ki, təxminən 25-30 il bundan əvvəl çəkilmiş bu yol tamamilə dağılmaqdadır. Hazırda Pirqulu zonası Azərbaycanın turizm-istirahət mərkəzinə çevrilməkdədir. Milli Elmlər Akademiyasının buradakı Şamaxı Astrofizika Rəsədxanası da nadir elm mərkəzi hesab olunur. Ona görə Şamaxı-Pirqulu yolunun əsaslı təmirinin sürətləndirilməsi məqsədəuyğun olardı.

Şamaxının qazlaşdırılmasından 30-35 il vaxt keçir. Bu müddət ərzində yeraltı qaz xətləri korroziyaya uğramış və yararsız vəziyyətə düşmüşdür. Neçə illərdir ki, Şamaxı şəhər sakinlərinin təbii qazla təmin olunması problemə çevrilmişdir. Ona görə də istifadəyə yararsız olan 34 kilometrlik qaz xəttinin yenidən çəkilməsinə ciddi ehtiyac vardır. Qarşıdan qış gəldiyi üçün bu işə tezliklə başlanmalıdır. Müvafiq layihə-smeta sənədləri də hazırlanmışdır.

Digər problem Şamaxı rayonunu respublikanın aran hissəsi ilə birləşdirən Şamaxı-Padarçöl yolunun əsaslı təmir olunmasıdır. Bu yol və Şamaxıya dəmir yolu xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərişi ilə keçən əsrin 70-80-ci illərində çəkilmişdir. Həmin yol çox istismar olunduğundan sıradan çıxmaq üzrədir. Sizdən xahiş edirik ki, həmin yolun da əsaslı təmir olunmasına göstəriş verəsiniz.

Hörmətli cənab Prezident!

Bütün Azərbaycan xalqı kimi, biz şamaxılılar da Sizi ürəkdən sevir və Sizinlə fəxr edirik. Azərbaycanın dünəni ulu öndərimiz Heydər Əliyevin adı ilə, bu günü və gələcəyi isə Sizin adınızla bağlıdır. Rayonumuzun bütün əhalisi adından Sizi əmin edirəm ki, bütün şamaxılılar ölkəmizin tərəqqisi və inkişafı naminə Sizin qarşıya qoyduğunuz vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvə və imkanlarını əsirgəməyəcəklər.

X X X

İLHAM ƏLİYEV: Əlbəttə, bu yolun təmiri çox vacibdir. Bir də demək istəyirəm ki, bu sahəyə lazımi səviyyədə vəsaitin ayrılmaması yolların sıradan çıxmasına səbəb olmuşdur. Bu iş əlbəttə, çoxlu vəsait tələb edir və həmin vəsait dərhal qayıtmır. Yəni uzunmüddətli bir layihədir. Ancaq hamımız yaxşı bilirik ki, əgər yol olmasa, inkişaf da olmayacaqdır. Ona görə də yolların salınmasına böyük diqqət göstərilir. Siz bu təklifləri Nazirlər Kabinetinə göndərin, yenə də büdcə formalaşanda buna baxarıq.

İndi şəhərlərarası yollar salınır. Bir müddət bundan əvvəl mənə müraciət olunmuşdu ki, Lənkəran-Lerik yolu çox bərbad vəziyyətdədir və dərhal göstəriş verildi. İndi çox yüksək səviyyədə yol salınır. Ondan sonra öyrəndik ki, Yardımlı rayonuna gedən yol da yarasız vəziyyətdədir. Dərhal göstəriş verildi, ilkin işlər aparılır. Getdiyim bütün bölgələrdə yolların olmaması, yaxud da yarasız vəziyyətdə olması ən vacib problemdir. Bu məsələyə - həm şəhərlərarası yollar, həm də rayonlararası yollara 2006-cı ilin büdcəsində çox böyük diqqət göstəriləcəkdir. Rayonlararası yollar rayonların balansındadır və sadəcə olaraq, bu məqsədlərə vəsait ayrılmalıdır ki, siz bu yolları özünüz təmir etdirəsiniz.

Mən Bakıya qayıdandan sonra göstəriş verəcəyəm ki, Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarına əlavə vəsait ayrılsın və onu həm rayon mərkəzlərinin abadlaşmasına, həm də kənd yollarının salınmasına sərf edəsiniz. Qusarda keçirilmiş müşavirədən sonra buna bənzər göstəriş verilibdir, 5 rayona vəsaitin ayrılması nəzərdə tutulur. Bu bölgə üçün də bu vəsaiti ayıracağıq.

Ümumiyyətlə, Azərbaycanın bütün rayonlarında bu problem var. Uzun illər, onilliklər ərzində yol təsərrüfatına vəsait qoyulmurdu. Çünki vəsait yox idi, vəsait olsaydı, əlbəttə ki, qoyulardı. Azərbaycanın çox böyük problemləri, böyük ehtiyacları vardı. Ən böyük problem məcburi köçkünlərin və qaçqınların sosial vəziyyətini yaxşılaşdırmaq idi. Büdcəmiz imkan vermirdi ki, hər bir sahəyə lazımi diqqət yetirilsin. İndi büdcəmiz artır, gələn il daha da artacaqdır. 2007-2008-ci illərdə ümumiyyətlə Azərbaycanın qarşısında maliyyə problemi olmayacaqdır. Ona görə keçən il regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbul edilib və onun icrasına başlanıb, indi davam etdirilir və növbəti illərdə də davam etdiriləcəkdir.

Siz də rayonların problemlərini dərindən bilən insanlar kimi öz proqramlarınızı tutun. Ümumi proqramda hər bir rayon üçün məqsədlər nəzərdə tutulubdur. Elə məsələlər var ki, proqrama düşməyib, amma həll olunmalıdır. Ona görə də 2006-cı ilin büdcəsində, 2007-ci ilin büdcəsində bütün bu məsələlər öz həllini tapmalıdır. İnsanları narahat edən əsas məsələlər su təchizatı, yolların, qaz, elektrik xətlərinin çəkilməsi, körpülər salınması və başqa infrastruktur layihələridir.

Kənd təsərrüfatı naziri İSMƏT ABASOV əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu aqrar islahatların artıq öz nəticəsini verdiyini, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu sahəyə diqqət və qayğının günbəgün hiss edildiyini vurğulayaraq dedi:

- 2004-cü ilin sonunda kənd təsərrüfatı məhsullarının istehsal həcmində artım 4,8 faiz idisə, bu il avqustun 1-nə artım 7,4 faiz olmuşdur. Hesab edirəm, bu son hədd deyildir. Çünki cənab Prezident, Siz qeyd etdiyiniz kimi, texnika və gübrələr alındıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalı, emal sahəsi də inkişaf etdiriləcəkdir. Regionlarda keçirdiyiniz və artıq ənənə halını almış görüşlər, təməlqoyma mərasimləri, o cümlədən emal müəssisələrinin açılışları, aqrar sahənin inkişafına dair imzaladığınız sərəncamlar bütün Azərbaycan xalqı kimi, sadə iş adamları, fermerlər, sahibkarlar və aqrar sahə işçiləri tərəfindən də çox yüksək qiymətləndirilir. Göstərilən bu qayğıya və köməyə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

İndi isə ölkəmizdə, o cümlədən Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalı barəsində qısa məlumat vermək istərdim. Avqustun 1-nə ölkədə payızlıq və yazlıq, dənli və dənli-paxlalı bitkilər əkinlərinin 97,1 faizi, yaxud da 747,8 min hektarı biçilib və 1 milyon 912,8 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan 25,6 sentner məhsul yığılmışdır. Məhsulu toplanmış 671 hektar qarğıdalı sahəsindən 2,3 min ton məhsul götürülmüşdür. Yığım başlanandan tarlalardan 624,4 min ton və ya keçən ilin müvafiq dövründəkindən 170,4 min ton çox kartof, 604,9 min ton (77,2 min ton çox) tərəvəz, 139,9 min ton (51,8 min ton çox) meyvə və giləmeyvə, 232,5 min ton (63,7 min ton çox) bostan məhsulları, 1567,7 ton (572,2 ton çox) tütün toplanmışdır. Bu dövrdə 149,1 min ton, yaxud 2004-cü ilin yanvar-iyul aylarına nisbətən 3,5 faiz çox diri çəkidə ət, 749,3 min ton (2,7 faiz çox) süd, 541,2 milyon ədəd (3,2 faiz çox) yumurta, 11,7 ton (4,8 faiz çox) yun istehsal olunmuşdur.

Beləliklə, keçən illə müqayisədə ümumilikdə bitkiçilik məhsulları istehsalı 10,5 faiz, heyvandarlıq məhsulları isə 3,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 7,4 faiz artmışdır.

Nazir son altı ayda Şamaxı, Oğuz, Qəbələ və İsmayıllıda kartof, tərəvəz, meyvə və tütün istehsalının artdığını, yeni meyvə və üzüm bağları salındığını, mal-qaranın sayının xeyli artdığını da bildirdi. Bu rayonlarda qaramalın sayı 1,8-2 faiz, davarın sayı 2-2,5 faiz artmışdır. Altı ayda süni yolla mayalanmış heyvanların sayı İsmayıllıda 900 başdan, Qəbələdə isə 200 başdan çox olmuşdur. Regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq, bu rayonlarda özəl toxumçuluq və damazlıq təsərrüfatları yaradılır, torpaqdan və suvarma suyundan istifadə və meliorativ vəziyyət qənaətbəxşdir.

Şamaxı rayonunda Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Təcrübə stansiyası, Qəbələdə Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun dayaq məntəqəsi yerləşir. Burada meyvə və üzüm sortlarının yetişdirilməsi üçün elmi təcrübələr aparılır, fermerlərə əməli kömək göstərilir, epizootiya əleyhinə baytarlıq profilaktika tədbirləri görülür. Əkin sahələrində ziyanvericilərlə bağlı müşahidələr aparılmış, xəstəlik baş vermiş sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilmiş, rayonlara müvafiq preparatlar verilmişdir.

Dünya Bankının kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində Şəki regional mərkəzinin Oğuzda iki məsləhət mərkəzi yaradılmış, fermerlərə məsləhətlər verilmişdir. Elmin yenilikləri və qabaqcıl təcrübə barədə rayonun 19 min mülkiyyətçisinə informasiyalar çatdırılmışdır.

Dünya Bankının həmin layihəsi çərçivəsində Oğuz rayonunda 27 birgə borcalanlar qrupu yaradılmış, onun 457 üzvünə 847 milyon manat, bir kredit ittifaqının 118 üzvünə 622,8 milyon manat kredit verilmişdir. Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) tərəfindən “Dağ və yüksək dağlıq ərazilərin inkişafı” layihəsi çərçivəsində Qəbələ rayonunda 5 kənd orta məktəbi, 3 kənd uşaq bağçası, 2 həkim laboratoriyası, 1 klub əsaslı təmir edilmiş, bir kənddə içməli su problemi həll olunmuş, iki heyvandarlığa xidmət məntəqəsi tikilmişdir. Bu işlərə 133 min ABŞ dolları xərclənmişdir. Rayonda layihə çərçivəsində yemçiliyin, suni mayalanmanın, taxılçılıq və meyvəçilyin inkişafına 131 min ABŞ dolları xərclənmişdir.

Məlumat üçün bildirim ki, respublikamızın texnikaya olan tələbatını ödəmək üçün “Aqrolizinq” tərəfindən müqavilə imzalanmış, şirkətlərə vəsait köçürülmüşdür. Yaxın bir-iki ay ərzində texnika ölkəmizə gətiriləcəkdir.

Möhtərəm cənab Prezident, Siz qeyd etdiniz ki, gələn ilin büdcəsi sosialyönümlü büdcə olacaqdır.

İLHAM ƏLİYEV: Sosialyönümlü və investisiyayönümlü.

İSMƏT ABASOV: Bəli, sosialyönümlü və investisiyayönümlü. Ona görə də fürsətdən istifadə edərək, bir neçə problemi diqqətinizə çatdırmaq istəyirəm. Gənc kadrların hazırlanmasına böyük ehtiyacımız vardır. Bizim nazirlik sisteminə aid olan 16 elmi tədqiqat institutu var, onların maddi-texniki bazası, demək olar ki, aşağı səviyyədədir. Hesab edirəm ki, növbəti il üçün büdcədən müəyyən qədər vəsaitin ayrılmasına ehtiyac duyulur ki, bu institutların maddi-texniki bazasını yüksəldə bilək.

İLHAM ƏLİYEV: Biz bunu edə bilərik. Amma bu 16 İnstitutun məhsulu nədir, yəni onlar hansı işləri görürlər?

İSMƏT ABASOV: Cənab Prezident, bu institutlar fəaliyyət göstərirlər, ancaq həqiqətən də islahatlara ehtiyac vardır. Dünya Bankı da bizim bu fikirlərimizi dəstəkləmişdir ki, bu institutların bəziləri birləşməlidir. O cümlədən Üzümçülük-Şərabçılıq, Tərəvəzçilik və Bağçılıq İnstitutları birləşməlidir. Heyvandarlıq İnstitutu ilə Yemçilik və Çəmənçilik İnstitutu birləşməlidir. Bu birləşmələri etdikdən sonra institutların maddi-texniki bazasını mütləq möhkəmləndirməliyik. Çünki dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatı məhsullarının istehsalı elmə sıx bağlı olur və onların artırılması mütləq elmi surətdə həyata keçirilir.

İLHAM ƏLİYEV: Bu düzdür. Amma eyni zamanda, inkişaf etmiş ölkələrdə bütün bu elmi tədqiqat institutları konkret sifarişçilərə işləyir və bazar iqtisadiyyatı prinsipləri əsasında işləyirlər. İndi mən demək istəmirəm ki, bizdə də belə olmalıdır. Mən Azərbaycan elminə həmişə böyük diqqətlə yanaşıram və hesab edirəm ki, ölkəmizin inkişafında Azərbaycan elminin çox böyük əhəmiyyəti var. Gələcəkdə bu məsələlərə diqqət göstərilməlidir. Müxtəlif vaxtlarda təkliflər olubdur ki, o institut bağlansın, bu institut bağlansın, yaxud Elmlər Akademiyasında struktur islahatı aparılsın. Mən buna imkan vermirəm. Çünki hesab edirəm ki, gərək bizim elmi potensialımız yüklənsin. Hətta bəzi institutlar indiki zəmanədə o qədər də səmərə ilə işləmir, amma gələcəkdə işləyəcəkdir. Çünki gərək inkişaf olsun, maddi vəziyyət yaxşılaşsın ki, sifarişlər də artsın. Ona görə siz bu məsələyə əməli nöqteyi-nəzərdən yanaşın və harada lazımdırsa, struktur dəyişiklikləri edin. Amma elə edin ki, elmi işçilər, bizim tanınmış ziyalılar əziyyət çəkməsinlər. Yəni heç bir ixtisara yol vermək lazım deyil, sadəcə olaraq, işi daha da təkmilləşdirmək və müasir tələblərə uyğun şəkildə formalaşdırmaq lazımdır.

İSMƏT ABASOV: Cənab Prezident, kadr məsələsi ilə əlaqədar deyim. Gəncədə Kənd Təsərrüfatı Akademiyası adlanan yeganə ali məktəb fəaliyyət göstərir ki, orada da tələbələrin sayı çox azdır.

İLHAM ƏLİYEV: Azdır?! Nə təklif edirsiniz?

İSMƏT ABASOV: Cənab Prezident, mən bir dəfə də təklif etmişdim ki, oraya güzəştli qəbul olmalıdır. Ancaq bu, təhsil qanununa zidd olduğuna görə problem var.

İLHAM ƏLİYEV: Mənim yadımdadır, Nazirlər Kabinetinin toplantısında məsələ qaldırmışdınız, mən də təhsil nazirinə tapşırıq verdim. Siz onlarla birlikdə işləyin, təklif verin ki, qanunauyğun olsun, bizim qanunvericiliyi pozmasın və məqsədəuyğun olsun.

İndi “Aqrolizinq” səhmdar cəmiyyətinin formalaşması prosesi gedir. Texnika alınır və paylanılacaqdır. Bazalar da yaranmalıdır. Keçən dəfə Qusarda müşavirədən sonra Nazirlər Kabinetinə, digər müvafiq qurumlara bütün göstərişlər verildi və mənim mövqeyim bir daha bildirildi ki, bu məsələlərlə Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır. Yeni texnikanın alınması gələn ilin büdcəsində nəzərdə tutulubdur. Eyni zamanda, siz təklif vermişdiniz ki, bu il gübrənin alınmasına da vəsait ayrılsın. Mən bu barədə də göstəriş verdim. Ona görə, siz işləyin və gübrənin alınıb gətirilməsini təmin edin.

X X X

Sonra çıxış edən gənclər, idman və turizm naziri ƏBÜLFƏZ QARAYEV turizm sahəsinə göstərdiyi yüksək diqqətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək dedi ki, vaxtilə, Sovet İttifaqı dövründə ümummilli liderimiz tərəfindən irəli sürülmüş “Azərbaycanın böyük turizm zonasına çevrilməsi” ideyası artıq gerçəkləşməyə başlamışdır. Sizin son bir ayda bir neçə dəfə bilavasitə turizmlə bağlı tədbirlərdə şəxsən iştirakınız onun bariz nümunəsidir. Xaçmaz rayonunda turizm-informasiya mərkəzinin, Bakı şəhərində “Excelsior” hotelinin, bu gün isə İsmayıllıda “Green House” istirahət-turizm mərkəzinin açılışlarında iştirakınız, sözsüz ki, Azərbaycan turizm sənayesinə böyük bir təkandır.

Cənab Prezident, Sizin dediyiniz kimi, turizm bu gün təkcə hotelin tikintisindən ibarət deyil, bu, böyük bir sənayedir. Dünya statistikasına görə, hər bir turistə xidmət göstərilməsində 9 nəfər iştirak etməlidir. Yəni bir turistə xidmət göstərilməsi üçün doqquz yeni iş yeri açılmalıdır. Bu gün “Green House”nin açılışında Sizə məlumat verildi ki, onun nəzdində xüsusi təsərrüfat yaradılıb və bütün qida məhsulları oradan alınacaqdır. Bu, həm də kənd təsərrüfatı sahəsində müəyyən iş yerlərinin açılmasına təkan verir.

Bu zonanın turizm inkişafı əhəmiyyətli bir proqram çərçivəsində həll olunur və Azərbaycanda ən əsas 7 turizm zonasının inkişafına dair layihələrimiz hazırlanır. Bu dörd rayonu əhatə edən zona, eləcə də Balakən, Qax və Şəki rayonları dünyada tanınmış və bu gün Dünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən “İpək yolu” proqramına daxildir.

 

Sizə məlumat vermək istəyirəm ki, dörd rayonda bu gün cəmi 24 müəssisə fəaliyyət göstərir.

İLHAM ƏLİYEV: Bu, çox azdır.

ƏBÜLFƏZ QARAYEV: Son üç ildə 8 müəssisə istifadəyə verilmişdir. Dörd rayonda 1090 turist yerləşə bilər. Amma keyfiyyət haqqında danışmaq bu gün çətindir. Çünki bütün dörd rayondan yalnız Qəbələdə bir müəssisə 3 + ulduzlu sertifikatı alıb, qalanlarının heç birinin sertifikatı yoxdur.

İLHAM ƏLİYEV: Səviyyə aşağıdır.

ƏBÜLFƏZ QARAYEV: Bəli. Son iki il müddətində tikilən hoteldə və yaxın günlərdə istifadəyə veriləcək hoteldə keyfiyyət rayon rəhbərliyi ilə birlikdə ciddi nəzarətimiz altındadır. Səhv etmirəmsə, artıq 9 müəssisə tikilməkdədir. İcra hakimiyyətlərinin rəhbərlərindən xahiş edirəm ki, o obyektlərin bütün qanuni sənədlərinin tərtib olunmasına və hotellərin yəni keyfiyyət nəzarətinə daxil olmasında bizə kömək etsinlər.

Cənab Prezident, İsmayıllı rayonunda turizmin inkişafına çox böyük maraq var. Hətta Dünya Bankı tərəfindən Lahıc qəsəbəsində turizm-informasiya mərkəzinin yaradılmasına dair təklif, razılıq var, vəsait də ayrılır. Bu işə başlanılıb və həmin mərkəzi ilin axırınadək təhvil verəcəyik.

İLHAM ƏLİYEV: Lahıc qəsəbəsində yaradılacaq?

ƏBÜLFƏZ QARAYEV: Bəli, üç otaqdan ibarət olacaq və ancaq Lahıca həsr ediləcəkdir.

İLHAM ƏLİYEV: Lahıcda yerləşməlidir?

ƏBÜLFƏZ QARAYEV: Bəli.

İLHAM ƏLİYEV: Lahıca əgər kimsə gəlirsə, deməli, artıq əvvəlcədən tanış olur.

ƏBÜLFƏZ QARAYEV: Belə bir fikir var ki, yerli adamlar da bu işə cəlb edilsinlər.

İLHAM ƏLİYEV: Daha yaxşı olardı ki, o, başqa yerdə yaradılsın, potensial turistlər gəlib orada Lahıcın tarixi ilə, imkanları ilə tanış olsunlar. Yoxsa, əgər turist çətin yolları keçib, Lahıca gəlibsə, gedib turizm mərkəzində nə edəcəkdir?!

ƏBÜLFƏZ QARAYEV: Cənab Prezident, tamamilə haqlısınız. Ona görə, biz bu gün müzakirə etdik. 1980-ci illərdə İsmayıllıda tikilən Ziyalılar evi yarımçıq qalmışdır. Nazirlər Kabinetinin qərarı ilə bizim nazirliyin balansına verilsin ki, orada Gənclər mərkəzinə, asudə vaxtın təşkilinə və hətta həmin binada turizm-informasiya mərkəzinin yaradılmasına imkan olsun.

İLHAM ƏLİYEV: Bəli, orada da kompüter vasitəsilə təkcə İsmayıllı rayonunun yox, bütün bölgənin turizm yerləri haqqında, - onların yolları, yəni neçə kilometrdir, hansı imkanlar var, - məlumat toplansın. Biz turistləri bu cür cəlb edə bilərik.

ƏBÜLFƏZ QARAYEV: Xahişimiz ondan ibarətdir ki, biz müraciət etmişik, həmin binanın bərpasına gələn il başlanılsın. Bu, çoxtərəfli bir mərkəz olacaqdır. Həm turizm, həm də asudə vaxtın təşkili ilə bağlı digər sahələri əhatə edəcəkdir.

İLHAM ƏLİYEV: Büdcədə nəzərdə tutarsınız.

ƏBÜLFƏZ QARAYEV: Qəbələ rayonunda son vaxtlar özəl turizm obyektlərinə olduqca böyük maraq göstərilir. Hətta Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iki müəssisə maliyyələşdirilmişdir. Bu iş davam etdirilir. Üç əlavə müəssisə tikilməkdədir. İnanırıq ki, Qəbələ və İsmayıllının turizm potensialı daha da genişlənəcəkdir.

Sözsüz ki, Oğuz rayonunun da turizm potensialı böyükdür. Lakin orada müəssisələr çox azdır. Cəmi bir mehmanxana var. O da köhnədir, sovet dövründən qalıb, adı mehmanxanadır.

İLHAM ƏLİYEV: Qeydiyyatda var, amma əslində yoxdur?

KAMİL RƏHİMOV: Cənab Prezident, o mehmanxana 1955-ci ildə tikilibdir. Onun sökülməsinə 100 milyon manat pul lazımdır, çox bərbad haldadır.

ƏBÜLFƏZ QARAYEV: “Rövşən Oğuz” şirkəti tərəfindən Oğuzda yeni mehmanxana tikintisi ilə əlaqədar layihə hazırlanmışdır. Amma biz hesab edirik ki, sahibkarların Oğuzda bu cür yerlər salması üçün onlara kredit və ya yardım formasında kömək yaxşı olardı.

Burada iki məsələyə toxunuldu. Həqiqətən, Dövlət proqramı ilə əlaqədar həm İsmayıllıda, həm də Oğuzda idman komplekslərinin tikintisi nəzərdə tutulmuşdur. İndi bu iş o qədər geniş vüsət alıb ki, hər il 4-5 rayonda böyük maliyyə tələb edən idman kompleksinin tikintisinə başlanılır. Biz inanırıq ki, gələn il heç olmasa başlanğıc mərhələ kimi, bu rayonlarda da olimpiya komplekslərinin tikilməsi nəzərdə tutulsun.

İLHAM ƏLİYEV: Gərək nəzərdə tutaq. Amma başlansın və qısa müddət ərzində, bir ildən sonra da tikintisi bitsin.

ƏBÜLFƏZ QARAYEV: Çalışacağıq.

Dünən Sizin tapşırığınıza əsasən Şamaxı turizm-informasiya mərkəzinin vəziyyəti ilə tanış olduq. Açılışı bu ayın axırına nəzərdə tutulur. Amma Sizə deməliyəm ki, Bakıdan Şamaxıya maşınla bir sat on dəqiqəyə çatdıq. Şamaxıdan Pirquluya isə 45 dəqiqəyə getmişik.

İLHAM ƏLİYEV: Yəni yol belə bərbaddır?

ƏBÜLFƏZ QARAYEV: Bəli. Şamaxıda bütün turizm mərkəzləri məhz Pirqulu zonasında yerləşir. Yolun bu vəziyyəti turistlərin haqlı narazılığına səbəb olur, onlar əziyyət çəkirlər. Yol bərpa olunsa, demək olar ki, böyük turizm zonası yeni bir həyat alacaqdır.

Nəhayət, Sizin tapşırığınıza əsasən Şamaxıda yeni bir lift sistemi alınacaqdır.

İLHAM ƏLİYEV: Dağ xizəkçiliyi üçün?

ƏBÜLFƏZ QARAYEV: Bəli. Sizin tərəfinizdən bunun alınmasına tapşırıq verilib, vəsait müəyyənləşib, danışıqlar gedir. Biz çalışacağıq ki, bu qışda Şamaxıda qarlı günlərdə ilk dəfə olaraq xizəksürmə idman növünü tətbiq edək.

Söz veririk ki, Sizin diqqətiniz nəticəsində Azərbaycana gələn turistlərin sayının ildən-ilə artması üçün var qüvvəmizlə çalışacağıq. Sizin diqqətinizi bir problemə cəlb etmək istəyirəm. “Green House”nin idarə olunmasına Türkiyədən mütəxəssislər dəvət etmək istəyirlər. Mən hesab edirəm ki, Azərbaycan gənclərinin, mütəxəssislərinin potensialı heç də onlardan aşağı deyil. Azərbaycanda mövcud İdman və Turizm Kollecinin əsasında Turizm İnstitutunun yaradılması yaxşı olardı və biz orada yerli sahibkarlar üçün lazımi kadrlar hazırlayardıq.

İLHAM ƏLİYEV: Bu, çox vacib məsələdir. Çünki bu günlərdə mən “Excelsior” hotelinin açılışında da maraqlandım. Mənə dedilər ki, oradakı işçilərin hamısı təcrübə toplamaq üçün Türkiyəyə, başqa ölkələrə göndərilmişdir. Ona görə, nəzərə alsaq ki, turizmin böyük inkişafı olacaq, əlbəttə, gərək Azərbaycanda kadrların hazırlanması təşkil edilsin. Siz təklif verin, baxarıq.

Bir də tikilən turizm obyektlərinin o qədər də yüksək səviyyədə olmaması məsələsinə toxundunuz. Gərək siz - həm yerli icra oqranları, həm də Gənclər, İdman və Turizm Nazirliyi obyektlər tikilən zaman bu məsələyə diqqət yetirəsiniz ki, onlar bəsit şəkildə tikilməsin. Bir çox hallarda onlar çox yararsız, bəsit, eybəcər görkəmdə tikilir və əlbəttə, ümumi mənzərəni də pozur. Bu, imkan vermir ki, insanlar gəlib orada rahat dincələ bilsinlər.

İndi tələbat çoxdur. Xüsusilə Bakının bu isti günlərində insanlar çalışırlar ki, daha sərin yerlərə getsinlər. Ancaq şərait o qədər də ürəkaçan deyildir. Onsuz da gəlirlər, amma gələndə heç olmasa, gərək onlar normal yaşasınlar. Yeni obyektlər tikiləndə mütləq fikir verin ki, sonra bu problem yaranmasın.

Turizm infrastrukturu obyektləri də gərək qanuna müvafiq yollarla tikilsin. Mən bilirəm ki, indi bəzi problemlər var. Vaxtilə tikilmiş bəzi obyektlərin heç sənədi də yoxdur. Hansı yolla tikilibdir, Allah bilir. Ona görə, indi obyektlərin hamısı gərək qanuna müvafiq, bütün sənədləri olmaqla tikilsin. Buna həm yerli orqanlar nəzarət etməlidir, həm də nazirlik.

X X X

Qəbələ rayonu icra hakimiyyətinin başçısı TOFİQ İBRAHİMOV bildirdi ki, turizm obyektlərinin əksəriyyəti mənzərəli və gözəl yerlərdə tikildiyindən, vətəndaşların həmin əraziləri icarəyə götürərək qanunsuz, pərakəndə, zövqsüz inşaat işləri aparmasına yol vermək olmaz. O, bunun qarşısının alınmasının vacibliyini vurğulayaraq dedi ki, bu sahə üzrə layihələrin Gənclər, İdman və Turizm Nazirliyində qeydiyyatdan keçməsi yaxşı olardı.

İLHAM ƏLİYEV: Bəli, buna ciddi fikir verin və əlbəttə ki, icazəsiz tikililərə yol vermək olmaz. Çünki birincisi, bəsit şəkildə tikilən obyektlər bizim indiki inkişafımıza uyğun deyildir. Ölkə inkişaf edir və hər şey dünya standartlarına uyğun şəkildə olmalıdır. Digər tərəfdən, o bəsit obyektləri o qədər də məqbul olmayan yerdə tikmirlər, ən yaxşı yeri seçirlər. Beləliklə, imkan vermirlər ki, orada daha müasir obyekt tikilsin. Əlbəttə, nazirlik gərək ciddi nəzarət etsin. Tikiləcək bütün turizm infrastrukturunun sənədləşdirilməsi gərək qanunauyğun şəkildə olsun. Layihəsi, xarici görünüşü, tikintidə istifadə ediləcək materiallar da orada göstərilməlidir. Smeta dəyəri, tikilmə müddəti göstərilməlidir və onu tikən şirkət öz üzərinə öhdəlik götürməlidir. Belə çıxmasın ki, yeri götürdü, sonra deyir hərdənbir çadır qururam, özüm gəlib dincəlirəm, heç kimi də qoymuram. Götürülən öhdəlik də yerinə yetirilməlidir və gərək hər il, - deyə bilmərəm, indi sizdə necədir, neçə ildən birdir, - təftiş edəsiniz, baxasınız. Lisenziyanı ya uzadarsınız, yaxud da əgər o normalara riayət etmirsə, ləğv edərsiniz.

ƏBÜLFƏZ QARAYEV: Biz lisenziyanı beşillik veririk, ancaq hər il yoxlamağa səlahiyyətimiz var.

İLHAM ƏLİYEV: Bəli, yoxlayın.

Yaxşı, işimizi yekunlaşdıraq.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur