Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim Naxçıvan şəhərinin tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır

Naxçıvan, 26 mart, Rauf Kəngərli, AZƏRTAC

                             Dünya tufanı, Nuh peyğəmbər və ya Nuhçıxan

Dünya sivilizasiya mərkəzlərindən olan Naxçıvan diyarı tarixi, mədəniyyəti və təbii zənginlikləri ilə həmişə diqqəti cəlb edib. Geosiyasi mövqeyi, əlverişli yerdə yerləşməsi, bərəkətli torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri insanların 500 min il bundan əvvəl burada məskunlaşmasına şərait yaradıb. İnsanlar Daş dövründən başlayaraq bu ərazidə yaşayıb və təbii zənginliklərindən istifadə etməyi öyrəniblər. Ərazinin qədim sakinləri Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşayıblar.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Nuh peyğəmbər və Dünya tufanı ilə sıx surətdə bağlıdır. Nuh peyğəmbərin torpağa endiyi ehtimal olunan yerlərdən biri də Naxçıvan ərazisindəki Gəmiqayadır. Nuh peyğəmbərin ailəsi və tərəfdaşları Naxçıvan ərazisində quruya çıxıb, burada yurd salıb. Məhz Nuh peyğəmbər Naxçıvan şəhərinin əsasını qoyub. “Naxçıvan” sözü Nuhçıxan ifadəsindən yaranıb. Naxçıvan Nuhçıxanın varisidir, davamıdır. Nuhçıxan şəhərin formalaşması mərhələsi, Naxçıvan isə artıq inkişaf etmiş şəhərdir.

“Tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırladıb. Sonrakı dövrlərdə dünyanın müxtəlif ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılıb”, - deyən İsmayıl Hacıyev bildirib ki, XIX əsrin 80-ci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı Konstantin Nikitin əhali arasından topladığı materiallarda Naxçıvan şəhərinin Nuh peyğəmbər tərəfindən salınmasına dair konkret fikirlər ifadə edərək yazıb: “Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşıb. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirib. Şəhərin “ilk məskunlaşma yeri”, yaxud “birinci dayanacaq” mənasını bildirən adı da buradan əmələ gəlib... Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşayıb. Rəvayətə görə, ilk insan nəsilləri buradan yayılıb. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat edib və orada dəfn olunublar”.

AMEA Naxçıvan Bölməsinin sədri deyib: Nuh Peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu mənbələr əsasında müəyyən edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi sərəncamı əsasında Naxçıvan şəhərindəki Nuh türbəsi yenidən bərpa olunub. Nuh peyğəmbərin məzarı üzərində ucaldılmış türbə yeni sivilizasiyanın Naxçıvan diyarındakı izlərinə və böyük tarixi-əfsanəvi şəxsiyyətə bəslənilən ehtiramı dolğun şəkildə ifadə edir.

                                 Ən qədim duz mədəni -Naxçıvan Duzdağı

Akademik qeyd edib ki, K.A.Nikitin Naxçıvan şəhəri ilə yanaşı, bu şəhərdən bir qədər aralıda yerləşən Duzdağın da əsasının Nuh peyğəmbər tərəfindən qoyulduğu fikrini irəli sürüb. Rus tədqiqatçısı Nuh peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasını və şəhər əhalisinə duz çıxarmağı öyrətməsini qeyd edib. Belə olduqda Naxçıvan şəhəri ilə Duzdağ, təxminən, yaşıddır.

İsmayıl Hacıyev bildirib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, bizim eradan əvvəl V-III minilliklərə aid maddi-mədəniyyət nümunələri aşkar edilib, tarixi əhəmiyyət daşıyan nəticələr əldə olunub. Müəyyən edilib ki, Naxçıvan Duzdağı dünyanın ən qədim duz mədənidir. Burada duz mədən üsulu ilə eramızdan əvvəl V minillikdən çıxarılmağa başlanılıb. Naxçıvan arxeoloqlarının və beynəlxalq arxeoloji ekspedisiya üzvlərinin araşdırmaları zamanı Eneolit və Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb. Mədənlərdən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə, daş çəkiclər əsasında müəyyən olunub ki, bu duz yataqlarından eramızdan əvvəl V-III minilliklərdə geniş istifadə edilib. Tədqiqatlar bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulmasını və bunun da beşminillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərdiyini təsdiq edib.

Bir neçə min il bundan əvvəl Duzdağın insanlara məlum olması, duzun çıxarılması, istifadəsi, daşınması, satışı Naxçıvanda yaşayış məskənlərinin genişlənməsinə və şəhərləşmə işinin inkişafına təkan verib. Duzdağ Naxçıvanda şəhərtipli mədəniyyətin əsasında dayanan ən mühüm amil olub.

        Duz Muzeyi Naxçıvanın qədim tarixini əks etdirən eksponatların saxlanc yeridir

Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb. Naxçıvan Duz Muzeyinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur... Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır”.

Akademik İsmayıl Hacıyev vurğulayıb ki, Naxçıvan Duz Muzeyi öz əhəmiyyətinə və oynadığı rola görə muzeylər arasında çox böyük və mühüm yer tutur. Çünki bu, bilavasitə ilkin şəhər mədəniyyətinin yaranması və inkişaf tarixi ilə bağlıdır. Naxçıvan duzu Naxçıvanın şəhər kimi formalaşmasında tarixi rol oynayıb. Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər