Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qənirə Paşayeva: Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərini təbliğ və tərənnüm edir

Qənirə Paşayeva: Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərini təbliğ və tərənnüm edir

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin “Anadolu” Agentliyinə və Fransanın “France-24” kanalına müsahibə verib. Müsahibə 2020-ci ildə baş vermiş 44 günlük müharibənin birinci ildönümünə təsadüf edir. Prezident İlham Əliyevin müharibənin başlanmasının ildönümündə, əziz şəhidlərimizin Anım Günündə xalqa müraciəti hər iki müsahibədə əsas yer tutub. Xalqa müraciətdə 44 günlük müharibənin başlanma səbəbləri, gedişatı, tarixi Zəfərimiz, postmüharibə dönəmi, normallaşma prosesi və s. barədə fikirlərini bölüşən Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərini təbliğ və tərənnüm edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısı xüsusilə erməni vandalizminin acı nəticələri, habelə revanş cəhdləri fonunda Azərbaycan dövlətinin mövqeyini, xəbərdarlığı dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu: "Müharibə dövründə ən azı iki cəbhədə (hərbi və siyasi-diplomatik müstəvidə) mübarizəyə şəxsən rəhbərlik edən ölkəmizin başçısı, postmüharibə dövründə mötəbər tribunalardakı çıxışları, mühüm müsahibələri ilə də tarix yazır. Bilirsiniz, biz uzun illər boyu beynəlxalq informasiya zirehi ilə üz-üzə qalmışıq - dünya erməniliyinin min bir fəndini, maneçiliyini görmüşük. Ermənistana davamlı dəstək verən məlum dövlətlərdən başqa erməni yalanlarına uyan çoxsaylı insanın, qurumların olması, bizim beynəlxalq informasiya sava¬şında ermənilərə uduzmağımızla sıx bağlı olub. Bunun da bir sıra obyektiv, subyektiv səbəbləri vardı, əlbəttə. Bu səbəb, ilk növbədə, ermənilərin uzun illərdən bəri bədniyyətli təşkilatlanması ilə bağlıdır. İkincisi, bizim bədniyyətli olmamağımız və heç zaman da bədniyyətli olmayacağımızla əlaqəlidir. Biz humanist xalqıq".

Deputatın sözlərinə görə, uğursuz dövlətin bir-birini əvəz edən bədxah hərbi-siyasi rəhbərliyi, mayası bədxahlıqla yoğurulmuş dünya erməniliyi ədalət, haqq-hüquq tanımadığı və bizi hazırlıqsız yaxaladığı üçün dəfələrlə haqlı ikən “haqsız” duruma düşmüşük. Torpağı işğal olunan, soyqırımına məruz qalan Azərbaycan olduğu halda ABŞ-ın Azadlığı Müdafiə Aktına 907-ci bədnam düzəliş qəbul edilib: “Ermənistan ABŞ-dan uzun illər milyonlarla dollar həcmində davamlı yardım alarkən, biz sanksiya ilə üzləşmişik. Ermənistanın vandallıqlarını, dağıdılan ibadət ocaqlarını, qəbiris¬tanlıqları görməyənlər, müharibə dövründə bir kilsədən bir kərpic düşüncə, bizi qınamaq yolu tutmuşdular... Bizim əsir və girovlarımıza münasibətdə (mənəvi cəhətdən) kar, kor və lal olanlar, erməni diversantlarının, terrorçuların azad olunmasını istəyirlər”.

Belə misalların sayının yetərincə çox olduğunu diqqətə çatdıran Q.Paşayeva bildirib ki, bu fonda Azərbaycan Prezidentinin nüfuzlu xarici KİV-ə müharibə dövrü verdiyi ardıcıl müsahibələr beynəlxalq ictimai fikrin düzgün formalaşması üçün çox təsirli oldu. Belə güclü təsirlərin bir zəmini də dövlətin, şəxsən dövlət başçısının, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr tədbirlərlə düzgün beynəlxalq rəy yaratmaq gücünə əsaslanır: "Bu işin başqa bir zəmini isə əlbəttə, bizim haqlı tərəf olmağı¬mızdır. Prezidentin müharibənin başlanmasının birinci ildönü¬mündə verdiyi müsahibələri məhz bu deyilənlər, vurğulananlar fonunda dəyərləndirmək istərdim. Məsələ ondadır ki, haqlı olmaq hələ yetərli deyil. Haqlılığını göstərmək, təsdiq etdirmək lazım olur. Bir güclünün və ya güclüyə arxalananların “haqlı” olduğunu çox gördüyümüz üçün dəqiq bilirik ki, haqlı olmaq yetərli deyil, güclü olmalıyıq. Biz artıq qalib ölkəyik, yeni reallıqlar yaratmışıq - qalibiyyəti də qəbul etdirməyə yetərli siyasi-diplomatik qüdrət olmalıdır. Çox şükürlər olsun, məhz bu güc, qüdrətə malik olmağımız bizim beynəlxalq səviyyədə etiraflar əldə etməyimizlə nəticələnir. Bilirsiniz, hər ölkənin rəhbəri xarici KİV-ə müsahibə verə bilər - ancaq gərək deməyə sözün, əsaslandırmağa məharətin və əsaslanmağa haqlı mövqeyin ola. Gərək mənəvi gücün hərbi gücünlə də tamamlana. Prezident İlham Əliyevin müharibənin başlanmasının birinci ildönümündəki müsahibələrini, o cümlədən BMT-nin 76-cı sessiyasına videomüraciətini, Anım Günü ilə bağlı xalqa müraciətini məhz bu dərəcədə görürük, qürur duyuruq".

Komitə sədri vurğulayıb ki, Prezidentin əsaslı fikir və arqumentlərlə zəngin olan yeni müsahibələrində 44 günlük müharibənin başlanmasının birinci ildönümündə Ermənistanın öz işğalçı siyasətindən tam əl çəkmədiyi, uğursuz revanişist cəhdlərdə bulunduğu tutarlı şəkildə vurğulandı: "Ermənistanın üç onillik boyu Azərbaycan torpaqlarını işğal altında saxlamasına baxmayaraq, ötən il yeni savaşa başlamasının, eləcə də bir il sonrakı revanşizm cəhdləri araşdırılmalıdır. Araşdırılmalıdır ki, bunun əsl səbəbləri nədir? Prezident ötənilki xəbərdarlıqlardan ağıllı nəticə çıxarmayan Ermənistana yeni xəbərdarlıq etdi və bildirdi ki, Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır.

Prezident haqlı olaraq qeyd etdi ki, ötənilki müharibəyə gətirib çıxaran səbəblər sırasında ilk yerlərdə, mövzunun hüquq müstəvisində həll olunmaması, ikili standartlar və beynəlxalq riyakarlıqlar durur. Heç kəsə sirr deyil ki, beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin qarşısını ala bilərdi. - Əlbəttə, istəkli olsaydılar. Belə olmadı. ATƏT-in Minsk qrupu nəinki işğalçıya təzyiq göstərdi, tam tərsinə, işğala məruz qalan tərəflə işğalçını eyni dərəcədə gördü, “dondurmaq”, “reallıqla barışmaq”, “qarşılıqlı güzəşt” xətti tutdu və müharibənin qacınılmaz olması üçün hər şeyi etmiş oldu. Qarşılıqlı güzəşt necə olur? - işğala məruz qalan tərəf işğalçı ilə bir masa ətrafında otururdusa, bu, elə güzəşt idi. İşğala məruz qalan tərəf məsələnin məhz danışıqlar yolu ilə həllinə sadiq qalırdısa, bu, elə güzəştin ən böyüyü idi".

Belə danışıqların nə az nə çox 30 ilə yaxın çəkdiyini qeyd edən deputat bildirib ki, tərəflər arasında atəşkəs elan edildikdən sonra Ermənistan Qarabağda söküntülərə, dağıntılara başladı, torpağın altını üstünə çevirdi, erməniləşdirmə, özgələşdirmə siyasətini praktik müstəviyə keçirdi. - Güzəşt tələb edənlər, erməniyə “Dur!” dedimi, sanksiya tətbiq etdimi? Əsla, yox! Bunlar azmış kimi, 2020-ci ilin iyulunda Tovuzda dövlət sərhədini pozan, avqustda Goranboya kəşfiyyat-diversiya qrupu göndərən, sentyabrda isə işğal altındakı torpaqlarımızdan yeni hərbi təxribat törədən düşmənlə müharibədən başqa danışıq dili, üslubu qalmışdımı? Nəhayət bir qəti əks-hücum əmri oldu və 44 gün içində işğalçıya ağır dərs verildi! Bu dərs, bizim uzun illər boyu danışıqlar masasında oturmağımızın dəyərini yaxşı ifadə edir. Hər kəs görsün ki, hansı gücün sahibi olan ölkə, uzun illər məhz sülh danışıqlarında iştirak edib!

“İndi beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir - bu, daha öncələr olmalıydı, olmayıb, heç olmazsa, indi olmalıdır. Olmalıdır ki, başqa dövlətlər gələcəkdə Ermənistanın vandallıqlarını təkrar etməsin! Ermənistanın müharibə cinayətləri ortadadır: dağıdılmış şəhərlər, yer üzündən silinmiş maddi mədəniyyət abidələri, kütləvi qətllər, qanunsuz mənimsəmələr və s.

Bölgənin, Qafqazların sürətli inkişafı üçün dayanıqlı sülh əsas şərtdir. Sülhün təmin olunması üçün, ilk növbədə, Ermənistan-Azərbaycan, bununla birgə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması qacınmaz gerçəklikdir. Qardaş Türkiyənin təklif etdiyi 3+3 platforması sülh təminatı, bölgənin rifahı üçün alternativlərin ən yaxşısıdır. Ermənistan buna razılıq verməməklə, öz gələcəyini baltalayır. Azərbaycan, Rusiya, İran belə bir platformanı dəstəklədiyi halda, cırtdan Ermənistanın “dirəniş”i çox məzmunsuz, məntiqsiz görünür", - deyə Q.Paşayeva qeyd edib.

Onun sözlərinə görə, “status-kvo” ilə bağlı illər uzunu manipulyasiyalar etmiş və yenidən dirilmək istəyən Minsk qrupu, zəhmət çəksin vasitəçilik missiyasına uyğun gəlməyən hərəkətlərdən, arayışlardan qəti əl çəksin!

“İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur”, - deyə komitə sədri fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər