QƏRB BÖLGƏSİNDƏ TURİZM İNKİŞAF ETDİRİLƏCƏKDİR
Mədəniyyət və Turizm Nazirliyi, Turizm İnstitutu və Gəncə Regional Elm Mərkəzi respublikamızın qərb bölgəsində turizmin inkişaf etdirilməsi məqsədi ilə yeni layihə həyata keçirir.
Almaniyanın Texniki İnkişaf Agentliyinin maliyyələşdirdiyi və əsasən Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, ümumiyyətlə, qərb bölgəsinin 7 rayonunu əhatə edən layihənin birinci mərhələsi artıq başa çatmışdır.
Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasov AZƏRTAC-ın müxbirinə demişdir ki, layihənin ilkin mərhələsində almaniyalı mütəxəssislər tərəfindən Göygöl rayonunda keçirilən bir həftəlik təlim zamanı bölgənin tarixinin, mədəniyyətinin və təbiətinin öyrənilməsi, onların fotoşəkillərinin çəkilməsi və toplanmış materiallar əsasında məlumat kitabçalarının hazırlanmasına başlanılmışdır.
Təlimlər başa çatdıqdan sonra hər biri 9 nəfərdən ibarət 3 qrup yaradılaraq rayonlara göndərilmişdir. Həmin qrupların rəyi əsasında tarixi abidələr internet saytlarında yerləşdiriləcəkdir. Bundan əlavə, 7 şəhər və rayonda turizmin inkişafına təkan verəcək bütün obyektlərin inventarlaşdırılmasına da başlanılmışdır. Bu, bölgəyə investisiya qoymaq istəyənlərə region haqqında məlumatları əldə etmək imkanı verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]