QƏRB BÖLGƏSİNDƏ YENİ SUVARMA SİSTEMİ TƏTBİQ EDİLƏCƏKDİR
Samux, 16 fevral (AZƏRTAC). Yaxın vaxtlarda respublikamızın qərb bölgəsinin əkin sahələrində süni yağış üsulu tətbiq ediləcəkdir.
Samux Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov bildirmişdir ki, bu üsulla həm su itkilərinin qarşısını almaq, həm də bol məhsul əldə etmək mümkün olacaqdır.
Artıq ilkin addımlar atılmışdır. Almaniyanın “Bayman” şirkətinin 2 əməkdaşı bu günlərdə Samux Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri ilə birgə Şəmkir və Samux rayonlarının fermer təsərrüfatlarında əkin sahələrinin vəziyyəti ilə tanış olmuşlar. Almaniyalı mütəxəssislərin fikrincə, yeni suvarma üsulunda cəmi bir artezian quyusundan istifadə etməklə 100 hektar əkin sahəsini suvarmaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Almaniyadan alınacaq qurğular ilk dəfə Samux rayonunda tətbiq ediləcəkdir. Hazırda yeni texnikanın quraşdırılması üçün əlverişli ərazi müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]