CƏMİYYƏT
Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında təmsil olunur
Bakı, 18 sentyabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində sentyabrın 9-dan oktyabr ayının 11-dək BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası keçirilir.
Qərbi Azərbaycan İcmasından AZƏRTAC-a bildiriblər ki, sessiyanın gündəliyində irqçiliyə qarşı mübarizə, yerli xalqların hüquqları, iqlim dəyişikliyinin təsirləri və digər məsələlər yer alır.
Sessiyaya BMT-nin üzv dövlətləri və bir sıra beynəlxalq təşkilatlar ilə yanaşı vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıblar. Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar vətəndaş cəmiyyətinin nümayəndəsi qismində sözügedən sessiyanın işində iştirak edir.