Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri

Bakı, 11 sentyabr, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından ilk yazısını təqdim edir.

Uluxanlı

Zəngibasar mahalının Zəngibasar rayonunun inzibati mərkəzi olmuş Uluxanlı İrəvan şəhərindən 20 kilometrlik məsafədə, İrəvan-Naxçıvan-Bakı dəmir yolu xəttinin üstündə, Zəngi çayının sol tərəfində yerləşib. 1971-ci ildən şəhərtipli qəsəbəyə çevrilib.

1918-ci ilə qədər kənddə ancaq azərbaycanlılar, 1921-ci ildən 1988-ci ilə qədər azərbaycanlılarla ermənilər yanaşı yaşayıblar. 1988-ci ildə azərbaycanlılar qovularaq kənd bütünlüklə erməniləşdirilib.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) kənd Karbi nahiyəsinin Uluxanbəyli qışlağı, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyəsinin Uluxanlı kəndi kimi qeydə alınıb. Sonrakı bütün mənbələrdə kəndin adı Uluxanlı yazılıb.

Uluxanlı toponiminin hələ XVI əsrə aid mənbədə Uluxanbəyli kimi qeydə alınması bir tərəfdən kəndin adının XVII əsrdən məlum olması fikrini (B.Budaqov, Q.Qeybullayev) təkzib, digər tərəfdən onun Uluxan bəy adlı şəxsin adını daşımasını təsdiq edir.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Uluxanlı kəndinin ərazisi xass torpaqları kimi qeydə alınıb və bu torpaqlardan dövlətin müxtəlif vergilər şəklində ildə çox böyük məbləğdə - 58.000 ağça gəlir götürdüyü göstərilib.

İ.Şopenə (1832) görə Zəngibasar mahalının Uluxanlı kəndində 311 təsərrüfatda 1737 nəfər (970 kişi, 767 qadın) azərbaycanlı yaşamışdır.

1873-cü ilin statistik məlumatlarında iki Uluxanlı kəndi qeydə alınıb. Bunlardan biri İrəvan qəzasının Zəngi çayının kənarında, digəri isə İrəvan qəzasının Qırxbulaq çayı ərazisində, Zəngi çayı yaxınlığında, Gərniçay arxı kənarında yerləşib. Kəndlərdən birincisi (Zəngi çayı kənarında) haqqında mənbədə belə bir qeyd var ki, kənd əsl Uluxanlı kəndindən törəmədir və əhalisi azərbaycanlılardır. Lakin mənbədə bu kəndin əhalisinin sayı haqqında heç bir məlumat verilmir. Çox güman ki, yanaşı yerləşən bu iki kəndin bütün göstəriciləri məhz əsl - ikinci Uluxanlı kəndinin üstündə verilib. Kənddə 454 təsərrüfatda 2968 nəfər (1549 kişi, 1419 qadın) azərbaycanlı, fəaliyyətdə olan 3 məscid, oğlan və qız məktəbləri qeydə alınıb.

1886-cı ildə kənd əhalisinin sayı 493 təsərrüfatda 3062 nəfərə (1672 kişi, 1390 qadın) çatıb.

1886-cı ilə aid mənbədə Hacı Həsən evi və Oruc adası adlı törəmə kəndlərlə birlikdə Uluxanlı kəndinin 1749,77 desyatin torpaq sahəsinin olduğu, onun 34,39 desyatinini malikanə torpaqlarının, 2,37 desyatinini bağ sahələrinin, 835,56 desyatinini suvarılan əkin sahələrinin, 722,58 desyatinini biçənəklərin, 154,87 desyatinini otlaqların təşkil etdiyi göstərilib (1 desyatin = 1,09 ha).

Uluxanlı kəndinin Həbilkənd ilə birlikdə Yeni Bayazid qəzasındakı Ağdağ yaylağında, Həbilkənddən 55 verst (1 verst = 1,06 ha) aralıda, 222 desyatin ərazini əhatə edən Çınqıllıyurd adlı yaylaq yeri olub. Həmin yaylaq yerindən kənd camaatı qədim zamanlardan istifadə etmişdir.

Bundan əlavə, yenə də 1886-cı ilə aid mənbədə Uluxanlı kəndinin nəzdində olan və 20 desyatin ərazini əhatə edən Uluxanlı adlı biçənəkdən, bu biçənəyin kazak atlılarına pulsuz otlaq yeri kimi verildiyindən bəhs olunub, kəndlilərdən Hacı Xəlil Hacı Ələsgər oğlunun 10,83 desyatin torpaq sahəsi qeydə alınıb.

1897-ci ildə kənddə 3062 nəfər, 1905-ci ildə 3171 nəfər, 1914-cü ildə 3200 nəfər azərbaycanlı yaşayıb.

Sovet hakimiyyətinə qədər Uluxanlı kəndində Kərbəlayi Əli, Kərbəlayi Qəmbər, Hacı Qəfər, Hacı Məsim, Hacı Rəsul, Kərbəlayi İsgəndər, Hacı Axund, Kərbəlayi Süleyman, Mirzə Zeynalabdin kimi nüfuzlu şəxsiyyətlər olub. Kərbəlayi Əli həm çar dövründə, həm də sovet hakimiyyətinin ilk illərində Zəngibasarın mirabı (su rəisi - Ə.Ə.) olub, kolxozlaşma dövründə təqiblərdən təngə gəlib, sərhədi keçərək Türkiyəyə gedib, gecə ikən bir vzvod türk əsgəri ilə geri qayıdıb, Ağhəmzəli, Təzəkənd kəndlərinin yollarını kəsib, qohumlarına o taya keçmək üçün xəbər göndərib. Qohumları imtina edəndə öz var-dövlətini götürüb Arazı keçib, İğdırda həmişəlik məskunlaşıb, uzun ömür sürüb.

1904-1905-ci illərdə Tiflis-İrəvan dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar həm də Uluxanlı stansiyası salınıb, sonralar bu stansiya mühüm strateji əhəmiyyət kəsb edib, respublikada ən böyük çeşidləyici dəmir yolu stansiyasına çevrilib. Bu funksiyasına görə onu Azərbaycanda Biləcəri stansiyası ilə müqayisə etmək olar. Həm İrəvan-Tiflis-Moskva, həm də İrəvan-Naxçıvan-Bakı dəmir yolu xətləri buradan keçirdi.

1909-cu ildə Uluxanlı camaatına təklif olunur ki, köçüb Yengicə kəndi ərazisində yaşasınlar. Lakin təklif olunan ərazi qeyri-məhsuldar torpaqlar olduğu üçün camaat qəti şəkildə imtina edib.

1918-ci ildə ermənilər Uluxanlıya dəfələrlə hücum edib, onu dağıdıb, od vurub yandırıblar. Kəndin əli silah tutan igidləri daşnaklara qarşı mərdliklə döyüşüblər. Onlardan biri də Pəncəli oğlu Abbas idi. O, bir nəfər dostu ilə kəndin qırağındakı uçuq dəyirmana sığınıb, xeyli vaxt ermənilərin Uluxanlıya girməsinin qarşısını alıb, dinc camaatın kənddən çıxaraq Rəncbər kəndi tərəfə - Türkiyə sərhədinə qaçmasına imkan yaradıb. Uluxanlının bu qəhrəman oğlunun müqavimətini qıra bilməyən ermənilər axırda onu top gülləsi ilə vurub öldürüblər.

Əsas döyüşlər Uluxanlı ilə İrəvan arasında yerləşən, ermənilər yaşayan Təzəkənd istiqamətində gedirdi. Uluxanlının bütün əli silah tutan kişiləri el-obasının müdafiəsinə qalxmışdılar. Onların arasında Uluxanlının ən böyük tayfalarından olan Qara Bağırın nəvələri - Hacı Nəbi və qardaşları Əhməd, Muxtar, Əbülqasım da var idi.

1918-ci il qırğını ilə bağlı yaddaqalan hadisələrdən biri də Uluxanlının görkəmli din xadimi Hacı Axund Rzanın sülh missiyasıdır. O zaman ermənilərlə müsəlmanlar arasındakı bu qırğının qarşısını dinc yolla almağa çalışan Hacı Axund Noraqovit kəndində oturan erməni keşişinə xəbər göndərib, onu danışığa dəvət edir. Təzəkəndlə Noraqovitin arasında görüş təyin edilir. Hacı Axund üç nəfərlə at belində gəlib vədə yerinə çatır, erməni keşişi də Noraqovitdən gəlir. Axundla keşiş təklikdə danışmaq üçün bir-birinə doğru addımlayırlar. Yoldaşlarından ayrılan Hacı Axundu pusqu qurmuş ermənilər dərhal tuturlar. Aparıb başını kəsir, sinəsi üstündə od qalayıb yandırırlar ki, bu da sənin sülhün.

Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan qaçqın əhalisi geri qayıdır. 1922-ci ildə kənddə 1882 nəfər azərbaycanlı, 9 nəfər erməni siyahıya alınıb. Bu 9 nəfər gəlmə erməni Uluxanlıda məskunlaşan ilk ermənilər idi. 1926-cı ildə kənddə azərbaycanlıların sayı 1948 nəfər, ermənilərin sayı isə cəmi 5 nəfər olub.

Uluxanlı oykonimini itirmək üçün ermənilər onun adını dörd dəfə dəyişiblər. 1920-ci illərdə kəndin qədim Uluxanlı adı dəyişdirilərək N.Nərimanovun adına Nərimanlı, 1937-ci il dekabrın 31-də Zəngibasar qoyulub. Ondan sonra qısa bir müddətə Zəngi çayının Razdan adlandırılması ilə bağlı kəndin adı da Razdan qoyulub, lakin 1950-ci il iyulun 31-də bu ad da Masis adı ilə əvəz edilib. 1971-ci ildə kənd şəhərtipli qəsəbəyə çevrilib.

1988-ci ildə Uluxanlı qəsəbəsinin azərbaycanlı əhalisi növbəti soyqırımı ilə üz-üzə dayanıb, həmin hadisələr zamanı erməni qaniçənləri səkkiz nəfər soydaşımızı vəhşicəsinə qətlə yetiriblər.

Uluxanlıda keçmişdə az qala hər məhəllənin öz məscidi olub. Onların sayı yeddi idi: Azamanlılar, Elatlar, Torlu, Baltaməmmədlilər, Qarağaclar, Qədimalılar və Nüxülülər məscidi. Bu məscidlərdə dini ayinlərin icrası ilə yanaşı, dünya hadisələrindən, ümumi problemlərdən, xeyriyyəçilikdən və s. söhbət gedirdi.

Məscidlərin, demək olar ki, hamısının xarabalıqları dururdu. Salamat qalanların isə 1-i sovxozun anbarı kimi, 1-i məktəb, 1-i mədəniyyət şöbəsinin kitabxanası kimi istifadə olunurdu. 1970-ci illərdə Uluxanlıda məscid rəsmi olaraq yenidən fəaliyyətə başladı. Elatlar məhəlləsi ilə Qırmızı məhəllənin arasında yerləşən bu məscid Küllükbaşı məscid də adlanırdı. 1988-ci ildə ermənilər onu yandırdılar. Son məlumatlara görə ermənilər həmin məscidi yerlə-yeksan etmişlər.

Uluxanlıda keçmişdə üç müsəlman qəbiristanlığı olub. Onlardan ikisi xarabalığa çevrilmiş, yalnız biri qalmışdı. Uluxanlının ilk qəbiristanlığı Ağhəmzəlidə, Mərmər adlanan ərazidə idi. 1938-1939-cu illərdə burada mərmər istehsalı ilə bağlı camaata ayrı qəbiristanlıq yeri təklif ediblər. Bir köhnə qəbiristanlıq da Uluxanlının içində idi.

Kəndin qəbiristanlığının sahəsi dörd hektar idi. Qəbirlərin üstündə at heykəlləri vardı, bəzi baş daşlarının üstünə isə günəş və at rəmzi həkk edilmişdi.

Keçmişdə Uluxanlının üç hamamı olub: Kərbəlayı Əli hamamı, Yetim hamamı, Günbəzli hamam. Yaşı 400-ü keçmiş hamam binası son zamanlara qədər Uluxanlıda qalırdı.

Azamanlı və Əşrəf bəyin dəyirmanları adamların ehtiyaclarını ödəyirdi.

Repressiya illərində Uluxanlıdan 30-a qədər şəxs sürgün edilib və onlardan heç biri geri qayıtmayıb.

1949-cu ilin payızında Uluxanlı qəsəbəsindən 150 təsərrüfat Azərbaycanın Əli Bayramlı rayonunun (Şirvan) Qaracalar sovxozuna, 155 təsərrüfat isə Bakı Xələcinə deportasiya edilib.

Bir o qədər azərbaycanlı isə Uluxanlıda qalıb/ 1950-ci illərdə deportasiya olunanların əksəriyyəti geri qayıdıb.

1947-ci ilə qədər qəsəbədə cəmi 3 erməni ailəsi vardı, onlar da xırda sənətkarlıqla məşğul olurdular. 1947-ci ildə xaricdən, əsasən Suriya, İran və Türkiyədən köçürülüb gətirilmiş 70 erməni ailəsi Uluxanlıda yerləşdirilib. Lakin az sonra onlar İrəvan şəhərinə köçüblər.

1949-cu ildə azərbaycanlıların deportasiya olunması ilə əlaqədar “Ermənistan”ın Yelenovka və Şəmsəddin rayonlarından xeyli erməni gətirilib Uluxanlıda yerləşdirilib. 1953-cü ildə kolxoz təsərrüfatı ləğv olunub, onun bazasında sovxoz yaradılıb və elə o vaxtdan da təsərrüfat rəhbərliyinə ancaq ermənilər təyin edilib.

Uluxanlı ikisinifli məktəbi İrəvan qəzasında açılan ilk dünyəvi məktəblərdən idi. Məktəbin açılması ilə bağlı mənbələrdə maraqlı məlumatlar var. Qafqaz tədris dairəsi müdirinin 1880-ci il tarixli, 1879 saylı məruzəsində bildirilir ki, İrəvan qubernatoru ilə Uluxanlı kəndinin camaatı arasında əldə edilmiş razılığa görə, kənd camaatı ikisinifli məktəb üçün lazım olan binanı tikməyi öhdələrinə götürüb. Kənd adamlarından biri isə məktəb binası tikilib qurtarana qədər öz evini təmənnasız olaraq məktəbə çevirməyə hazır olduğunu bildirib. Buna görə də İrəvan qubernatoru xahiş edir ki, Uluxanlı kəndində ikisinifli məktəb açmaq üçün lazımi sərəncam verilsin. Qubernatorun bu təqdimatını əsas götürən tədris dairəsi müdiri Qafqaz canişinliyindən xahiş edir ki, 1881-ci ildən etibarən Uluxanlı məktəbinin fəaliyyəti üçün smeta xərclərinə 1300 rubl daxil etsin.

Beləliklə, 1881-ci ildə fəaliyyətə başlayan məktəb Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşib, məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olub. Fənn müəllimi Xanlar bəy Həsənbəyov, şəriət müəllimi Hacı Məşədi Hüseyn oğlu idi. Sonra Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Hacı Molla Kərim Rzaquliyev, Mirzə Cəfər, Mirzə Ələkbər Rzazadə, Ələkbər Qədimov və başqaları burada işləmişlər.

Qafqaz tədris dairəsi müdirinin 7 avqust 1887-ci il tarixli 4393 saylı məktubunda oxuyuruq: “Uluxanlı məktəbində müəllim vəzifəsini ifa edən Məmməd bəy Qazıyev azad edilmiş, onun yerində müəllim vəzifəsini ifa etməyə isə... Cəlil Məmmədquliyev təyin edilmişdir”.

Bu vaxt Uluxanlı məktəbinin müdiri İ.Novruzov, ondan əvvəl isə Eyvazov adlı şəxs olub. Həmin dövrün sənədlərindən öyrənirik ki, ilk vaxtlar Uluxanlı məktəbində tədrisin keyfiyyəti xeyli aşağı olub, müəllimlər tez-tez bir-birini əvəz edib, valideynlər uşaqlarını oxutmağa bir o qədər də həvəs göstərməyiblər.

Uluxanlı məktəbinin inkişafında 1909-1917-ci illərdə bu məktəbə rəhbərlik etmiş vedili Şəmsəddin bəy Mahmudbəyovun böyük xidməti olub. O, təhsilin keyfıyyətini və təhsilə marağı yüksəltməklə yanaşı, məktəbin çox geniş olan ərazisini çəpərə aldırıb, burada hər cür meyvə ağacları əkdirib, bir sözlə, böyük bir sahəni gülzara çevirib.

Sovet hakimiyyətinin ilk illərində Uluxanlı məktəbi bərpa olunub, yeni məktəb binası tikilib. Əvvəl ibtidai məktəb kimi mövcud olan Uluxanlı məktəbi 1930-cu ildə yeddiillik məktəbə, sonralar səkkizillik və tam orta məktəbə çevrilib. 1940-cı ildə məktəbin ikimərtəbəli yeni binası tikilib istifadəyə verilib, ətraf kəndlərdə orta məktəb olmadığından rayonun Rəncbər, Seyidkənd, Sarvanlar, Aşağı Necili, Yuxarı Necili, Zəngilər və başqa kəndlərindən uşaqlar gəlib bu məktəbdə onillik təhsil alıblar.

Kəndin tayfa və nəsil adları

Qarağaclılar, Elatlar, Qaramanlar, Ağcamanlı, Qaraqışlaq, Qədimalılar, Hacırəsullar, Oruclular, Həbillər, Hactağılar, Zamanlar, Cinlər, Azamanlılar, Nüxülülər, Baltaməmmədlər.

Kəndin toponimləri

Torpaq sahələri: Üçqulaq, Hackərimlər, Gölayağı, Porsuxlu, Bağayağı, Tülkü təpəsi, Siçanlı, Küllük, Qədimalı biçənəyi, Köhnə Salmaq, Hacı Axundun bağı, Həmzənin bağı, Mehdinin bağı, Nağı bəyin bağı, Həsən bəyin bağı, Ağa yeri, Məşədi Əlinin bağları, Məmmədvəlinin bağları, Eşşək olan, Əzimin adası, Zəngikəsən, Gülabdibi, Mərmər, Uluxanlı biçənəyi, Dolular, Dolunun başı, Ağdağ yaylağı, Çınqıllıyurd.

Məhəllələr: Uluxanlının bütün tayfa və nəsil adları ilə Uluxanlıda həm də məhəllələr mövcud idi.

Bulaqlar: Şərbət bulağı, Ceyran bulağı, Qıcılıq bulağı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır