Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri – Ağbulaq

Bakı, 22 yanvar, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Ağbulaq kəndi Göyçə mahalının Çəmbərək rayonunda, Göyçə gölündən 4 kilometr şimalda, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzi olan Şahdüzü (Mixaylovka) qəsəbəsindən 12 kilometr cənub-qərbdə, İrəvan yolundan 800 metr solda, Yelenovka (Sevan) dəmiryol vağzalından 45 kilometr, İrəvan şəhərindən 110 kilometr, Qazaxdan 100 kilometr məsafədə yerləşir.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Dərəçiçək nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə Əbdürrəhman adlı şəxsin adına olan timardan dövlətin ildə 3 min ağça gəlir götürdüyü göstərilib.

İ.Şopendə (1832) İrəvan əyalətinin Göyçə mahalının Ağbulaq kəndi kimi qeydə alınıb, kənddə 26 təsərrüfatda 136 (79 kişi, 57 qadın) azərbaycanlının yaşadığı göstərilib.

Kəndin adının "içməli su", "şirin su" anlamında olan "ağ" və "bulaq" sözlərindən ibarət olması ehtimalı (B.Budaqov, Q.Qeybullayev) ilə biz də razıyıq. Мəsələ bundadır ki, kənd Ağbulaq adlı bulağın yerləşdiyi ərazidə salındığı üçün həmin adı alıb.

İrəvan diyarının Çəmbərək, Ağin, Sürməli, Şörəyel, Kəvər, Qırxbulaq, Abaran, Vedibasar bölgələrində eyniadlı xeyli toponim - kənd, bulaq və dağ adları qeydə alınıb.

1873-cü ilə aid statistik məlumatlarda İrəvan quberniyasının Yeni Bayazid qəzasının Göyçə gölü hövzəsi nahiyəsinin Ağbulaq kəndi kimi siyahıya alınan kənddə 51 təsərrüfatda 422 (234 kişi, 188 qadın) azərbaycanlının yaşadığı, kəndin Göyçə gölünün kənarında, Adatəpə burnunda yerləşdiyi göstərilib.

1886-cı ildə İrəvan quberniyasının Yeni Bayazid qəzasının Məzrə nahiyəsinin Ağbulaq kəndi kimi qeydə alınmış kənddə 83 təsərrüfatda 575 (318 kişi, 257 qadın) azərbaycanlı yaşayıb.

Nəhayət, 1908-ci ildə kənddə azərbaycanlılarının sayı 940 nəfərə, 1914-cü ildə 982 nəfərə, 1919-cu ildə 1329 nəfərə çatıb.

1919-сu ildə еrməni quldur dəstələri hücum edərək əhalini qanlı qırğınlarla kənddən qovublar. 1919-1920-ci illərdə soydaşlarımız kənddən didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində sığınacaq tapıblar. Yalnız bölgədə sovet hakimiyyəti qurulduqdan sonra qaçqın əhali geri qayıdıb və kəndi təzədən bərpa edərək doğma yurdda məskunlaşıblar.

1922-ci ildə kənddə 1053 nəfər, 1926-cı ildə 1113 nəfər, 1931-ci ildə 1392 nəfər, 1970-ci ildə 1542 nəfər, 1979-cu ildə 1450 nəfər azərbaycanlı уаşаyıb. 1985-ci ildə kənd əhalisinin sayı 1500 nəfər, məktəb şagirdlərinin sayı isə 330 nəfər olub.

Hesablamalara görə, 1988-ci ildə Ağbulaq kəndini 345 azərbaycanlı ailə tərk edib.

Sovet dövründə Ağbulaq sovetliyinə kənddən 4 kilometr məsafədə yerləşən Şorса kəndi də daxil idi.

1988-ci il noyabrın 24-də kənd erməni quldurlarının daha intensiv hücumlarına məruz qalıb. Noyabrın 28-də qarlı-şaxtalı gecədə saat 1-3 radələrində kənd əhalisi güllə yağışı altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb.

Qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş Ağbulaq kəndinə ilk dəfə ermənilər məhz 1988-ci ildə kənd camaatı soyqırımına məruz qalaraq kənddən qovulduqdan sonra köçüblər.

1991-ci il aрrelin 19-da kəndin Ağbulaq adı dəyişdirilərək Ağberek qoyulub.

X  X  X

Şahdağ silsiləsinin ətəyində yerləşən Ağbulaq kəndindən Göyçə gölünə baxanda göl ovuc içi kimi, Göyçə gölündən o yana baxanda isə il boyu qarı əriməyən Ağmanqan, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağlarının zirvələri apaydın görünürdü. Adatəpə ilə Ağbulaq arasında “Xanlıq” adında yurd yeri var idi. Deyilənə görə, İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və yay aylarında dincəlməyə bura gələrmiş.

Axşamlar günəş Ələyəz dağının arxasında batardı.

1976-cı ilə kimi Qırmızıkənd-İrəvan уоlu Ağbulaq kəndinin içindən keçib Şorcaya 1,2 kilometr qalmış Qaraquzey dağının ətəyində sağa burulub Göyçə gölünün sahili ilə Yelenovka (Sevаn) şəhəri istiqamətinə düzəlirdi.

Ağbulağın dağları tarix boyu Qazaxın (Qaрaрaрaq kəndi), Тоvuzun (Bozalqanlı kəndi) yaylağı оlub. Bozalqanlı kəndinin camaatı Dürlü bulağının başına düşərmişlər. Bundan başqa, Ağbulaq kəndində “Qarabulaq” adlı bir bulaq da vardı ki, Aşıq Ələsgər bu bulağın başında olmuş və "Axşam-sabah, çeşmə, sənin başına" misrası ilə başlayan məşhur şeirini qoşmuşdu.

Ağbulaq-Qırmızıkənd уоlunun 2-ci kilometrliyində, уоlun altında olan mineral sulu bulaq isə “Turş bulaq” adlanırdı.

Ağbulaq kəndində digər çoxlu tоpоnimlər də var idi. Hərəsinin də öz yaranma səbəbi, öz izahı. Məsələn, Qırmızıkənd-İrəvan уоlu üstündə “Darama” adlanan bir aşırım var idi. Qışda qarlı-boranlı olurdu. Deyilənə görə, "Dar aman" söz birləşməsindən yaranmışdı. Ağbulaq kəndində “Gen dərə” deyilən dərənin yamacında Darcan qarı qayası yerləşirdi. Bu qaya uzaqdan baxanda arxası şələli qarını xatırladırdı. Əfsanəyə görə, bu, daşa dönmüş qarıdır. Ağbulaqdan Тoxlucaya gedəndə kəndin kənarında Keçid çayı axırdı.

Ağbulaq kəndində Daşdıqlı dərə ilə Baldırğanlı arasında “Sarı уоl” adlı aşırım vardı, kəndin mal-qarası hər axşam-sabah bu yolla örüşə gedib-gəlirdi. Ağbulaq və Qırmızıkənd kəndləri arasında “Böyük dağ” və ya “Pir dağı” adlanan bir dağ var idi. Vaxtilə bu dağ Tovuz və Qazax rayonlarının bir sıra kəndlərinin yaylaq yeri olub. Ağbulaq camaatı alış-verişə 12 kilometr aralıda yerləşən məşhur Çəmbərək bazarına çıxardı. Kəndin içində "Qara bulaq" adlı iki bulaq vardı. Biri kəndin orta hissəsində, məscidin 100 мetr qərbində, digəri isə "Xırmanlar" deyilən yerdə, "Arxac" məhəlləsində idi. Bu bulağın yaxınlığında qazıntı vaxtı saxsı su boruları aşkar edilmişdi. Orta yüzillərə aid olan birinci borunun üstündə ərəb əlifbası ilə "Məhəmməd" sözü oxunmuşdu.

Ağbulaq kəndində beş qəbiristanlıq mövcud idi. Birincisi, kəndin ən qədim qəbiristanlığı sayılan və islamiyyətdən əvvələ aid olan, "Duzdağ" adlanan yerdə salınmış eyniadlı qəbiristanlıq idi. Bu qəbiristanlıqdakı daşların üstündə qoç və at şəkilləri, ocaq təsviri, indiki cürə saza bənzəyən çalğı aləti həkk olunmuşdu. Bütün bunlar xalqımızın soykökü ilə bağlı əski inamların kodlaşmış sübutları idi və nə islamiyyətlə, nə də xristianlıqla heç bir əlaqəsi yoxdur. İkinci qəbiristanlıq "Dikdaş" adlanan, Baldırğanlı çayının əvvəlki kənd yoluna qovuşduğu yerdə salınmışdı. Bu qəbiristanlıq da çox qədim dövrə məxsus idi. Üçüncü qəbiristanlıq Qırmızıkənd-İrəvan yolunun 6 kilometrliyində, “Darama” adlanan yoxuşun başında, yolun sol kənarında idi. O, “Еl qəbiristanlığı” adlanırdı. Tovuz və Qazax camaatı yaylaq dövründə ölənlərini burada dəfn edirdilər.

Ağbulaqlıların son iki qəbiristanlığı Şorca və Qırmızıkənd istiqamətlərindən kəndə daxil olan yolun üstündəki məzarlıqlardan ibarət idi. Kəndin qərb girəcəyindəki (Qırmızıkənd tərəfdən) qəbiristanlığın beş yüz ildən artıq yaşı var idi. Dikin başında salınmış bu qəbiristanlıqda son əlli il idi ki, dəfn işi aparılmırdı.

Kəndin son və müasir qəbiristanlığı Şorca kəndi tərəfdə, kəndin ayağındakı təpənin üstündə, yolun solunda, "Çaxmaqlı" adlı göy-qara çınqıllı yerdə 1935-ci ildə salınmış qəbiristanlıq idi. O, iki dərənin arasındakı təpədə yerləşirdi.

Hər iki qəbiristanlıq Məhəmmədəli Musa oğlu Abbasəliyevin sədrliyi dövründə (1970-1974) və onun təşəbbüsü ilə çəpərlənmişdi.

Ağbulaq kənd məscidi isə 1895-ci ildə kəndin içindəki Qarabulaqdan 100 metr şərqə tərəf hündür təpənin üstündə tikilmişdi. Sovet hökuməti qurulana qədər fəaliyyət göstərən məscid sovet dövründə öz fəaliyyətini dayandırmış və uzun müddət (son dövrlərə qədər) anbar kimi istifadə olunmuşdu. 1988-ci ildə isə məscid binası ermənilər tərəfindən tamamilə dağıdıldı.

Ağbulaq kəndində 1980-ci ildə tikilib istifadəyə verilmiş beş korpuslu müasir tipli orta məktəb binası ilə yanaşı, digər sоsial оbyеktlər də tikilib istifadəyə verilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar

XRİTDX rəsmisi: Hazırda kibertəhlükəsizlik sahəsində yeni yanaşmalar və tendensiyalar formalaşır

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib

Fransada həyəcan siqnalı: “Rafale” qırıcısı əmrə tabe olmayan təyyarəyə görə havaya qalxıb

Nazir müavini: Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Xarici alimlər Azərbaycanda Səfəvilər dövrünü və köçəri tayfaların tarixini araşdırırlar

“Qardaşlıq körpüsü”: Ağdamda iki qardaş ölkənin şəhid ailələri bir araya gəlib

İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO

İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO

ABŞ-nin sutkalıq neft hasilatı 13,7 milyon barelə geriləyib

Britaniya təhlükəsizlik xidməti: Çin dövlət qulluqçularını saxta vakansiyalarla hədəfə alır

Kənd təsərrüfatında rəqəmsal nəzarət və süni intellekt texnologiyalarının tətbiqi artırılır

“Məktəb, elm və ədəbiyyat” layihəsi uşaqlarda mütaliə sevgisini gücləndirir

Fransa Ukraynaya “Rafale” və “Mirage 2000-5” qırıcıları tədarük edəcək

Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO

Tarix, memarlıq və incəsənətin qovuşduğu məkan VİDEO

Kim Çen In: Şimali Koreya nüvə materialı istehsal gücünü ikiqat artırıb

Pentaqon yanacağın bahalaşmasına görə hərbi təlimləri ləğv edir

Bu saata olan əsas xəbərlər

Azərbaycan Fransada dopinq maddələrinin əlçatanlığının məhdudlaşdırılmasına dair beynəlxalq konfransda təmsil olunub

Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü

ÜST: Mərkəzi Afrikada Ebola virusunun yayılması ilə mübarizədə hələ də ciddi çətinliklər var

Kənd Təsərrüfatı Nazirliyi: Aqrar sahədə subsidiya və regionlaşma mexanizmlərinin təkmilləşdirilməsi davam etdirilir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub

DSX: Ötən ay 5,6 milyon manatlıq qaçaqmal aşkarlanaraq götürülüb

Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb

Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 4 dəfədən çox artıb

Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir

Zaur Əliyev: İdxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq məqsədimizdir

Nazir müavini: Üzgüçülük insanların sağlam həyata addım atması üçün önəmlidir

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlərin astanasındayıq VİDEO

Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib

AMEA: Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Xaçmazın bir sıra yaşayış məntəqələrində elektrik təsərrüfatı yenilənir

DSX: Mayda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

Nazir müavini: Meyvə və tərəvəz məhsullarının ixracının artırılması əsas hədəflərimizdəndir

Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək

Fransa Avropa ölkələrini Livanda təhlükəsizliyi və sabitliyi dəstəkləməyə çağırıb

Nazir müavini: Son 6 ayda Azərbaycanda 2 mindən çox zərərli internet resursu bloklanıb

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq

Dünya İqtisadi Forumu: Hörmüz boğazı qlobal iqtisadiyyat üçün yeni təhdidə çevrilib

Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb

Samir Axundov: Azərbaycan diversifikasiya, bərpaolunan enerji və dekarbonizasiyaya yönəlmiş mərhələyə qədəm qoyur

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

ABŞ-nin neft ehtiyatları azalıb

Zaur Əliyev: Aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

“Şamaxı” braziliyalı futbolçu ilə vidalaşıb

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır

Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb

Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

Abituriyentlər Qarabağ Universitetinin təhsil modeli barədə məlumatlandırılıb

® Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!

Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir - ŞƏRH

Nazir müavini: Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir

Quraqlıq Asiyada məhsuldarlığa zərər verir və ərzaq qiymətlərini artırır

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO

Qərbi Azərbaycana qayıdış ideyası regionda davamlı sülhün qurulmasına xidmət edir – ŞƏRH

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

DYP: Sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər VİDEO

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

ÜST: Zəhərli qidalar hər il təqribən 1,5 milyon insanın ölümünə səbəb olur

Dünya bazarında qızıl 33 dollar bahalaşıb VİDEO

Dünya bazarında qızıl 33 dollar bahalaşıb VİDEO

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını tamamilə dəyişir ŞƏRH

NBA: “Nyu-York Niks” final seriyasına qələbə ilə başlayıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib

Azərbaycan nefti 104 dollara satılıb VİDEO

Azərbaycan nefti 104 dollara satılıb VİDEO

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

Qobustan qəsəbəsi ərazisində qəzalı körpü sökülür, yeni körpü inşa edilir

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib