Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək
Bakı, 4 iyun, AZƏRTAC
Çox xoşdur ki, bu gün növbəti idman bayramına ev sahibliyi edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Bu layihənin artıq altıncı dəfə təşkil olunduğunu xatırladan nazir bildirib ki, yarış son dörd ildə beynəlxalq status daşıyır və müxtəlif ölkələrin iştirakını bir araya gətirir: “Gün ərzində ölkənin müxtəlif bölgələrində yerləşən hovuzlarda yarışlar keçirilir. Biz də monitorlar vasitəsilə həmin məkanlardakı yarışları izləyirik. Bildiyiniz kimi, turnirdə bütün yaş qruplarından olan insanlar iştirak edirlər. Yarışa maraq kifayət qədər böyükdür. Məqsədimiz üzgüçülüyün inkişafına və bu idman növünün daha da populyarlaşmasına töhfə verməkdir”.
Nazirin sözlərinə görə, ölkədə idmanın kütləviliyinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir və “Üzgüçülük hamı üçün” təşəbbüsü də bu məqsədə xidmət edir.
Qeyd edək ki, turnirə iyunun 5-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:12]
Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib
- 04.06.2026 [11:14]
“Şamaxı” braziliyalı futbolçu ilə vidalaşıb
- 04.06.2026 [11:09]
Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb
- 04.06.2026 [10:50]
Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək
- 04.06.2026 [10:21]
NBA: “Nyu-York Niks” final seriyasına qələbə ilə başlayıb
- 04.06.2026 [10:13]
Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır
Sabahın hava proqnozu açıqlanıb
- [13:23]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]