Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb
Bakı, 4 iyun, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə iştirakçı ölkələrin təntənəli paradı baş tutub.
Ardınca Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin altıncı dəfə həyata keçirildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov turnirə marağın ildən-ilə artdığını bildirib. Nazir qeyd edib ki, yarış iki dəfə yerli, dörd dəfə beynəlxalq səviyyədə baş tutub.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev isə çıxışında ölkədə üzgüçülük idman növünün inkişaf etdiyini bildirib. O, yarışa qatılan idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, turnirə iyunun 5-də yekun vurulacaq.