Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada italiyalı Leonardo Valeriyanini məğlub edərək buna nail olub.
Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]