Nazir müavini: Üzgüçülük insanların sağlam həyata addım atması üçün önəmlidir
Bakı, 4 iyun, AZƏRTAC
“Üzgüçülük hamı üçün” layihəsinə maraq böyükdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya prezidenti bildirib ki, layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanır və ildən-ilə daha geniş auditoriyanı əhatə edir: “2025-ci ildən bu günədək 500-dən çox iştirakçı bu yarışlarda qüvvəsini sınayıb. Hazırda final mərhələsində 70-ə yaxın üzgüçü mübarizə aparır”.
Onun sözlərinə görə, bu cür yarışların təşkilində əsas məqsəd ölkədə üzgüçülüyün kütləviliyini artırmaq və daha çox insanı bu idman növünə cəlb etməkdir: “Üzgüçülük yalnız idman növü deyil, həm də sağlam həyat tərzinin vacib hissəsidir. Bu baxımdan belə layihələrin əhəmiyyəti böyükdür”.
Qeyd edək ki, “Üzgüçülük hamı üçün” layihəsinə iyunun 5-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:59]
“Qarabağ” Bosniya və Herseqovina millisinin qapıçısı ilə anlaşıb
- 04.06.2026 [14:29]
“Fənərbağça”nın prezidentinə həbs cəzası verilib
- 04.06.2026 [14:14]
“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb
- 04.06.2026 [13:12]
Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib
- 04.06.2026 [11:34]