Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
Bakı, 4 iyun, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub.
Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, komanda Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Yığma iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.
Ankara toplanışı çərçivəsində Azərbaycan millisi Türkiyə yığması ilə iki yoxlama oyunu keçirib. Matçların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə heç-heçə qeydə alınıb – 2:2.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Növbəti görüş isə iyunun 7-də ev sahibi İsveçə qarşı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [14:59]
“Qarabağ” Bosniya və Herseqovina millisinin qapıçısı ilə anlaşıb
- 04.06.2026 [14:29]
“Fənərbağça”nın prezidentinə həbs cəzası verilib
- 04.06.2026 [14:14]
“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırıb
- 04.06.2026 [13:12]
Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib
- 04.06.2026 [11:34]